KÖHNƏ VERSİYA            

Ruslar “Zvartnots”u tərk etdi - Ermənistan ciddi fəsadlar ərəfəsindədir...

Image

Bəlli olduğu kimi, Rusiya iyulun 31-də İrəvanın beynəlxalq “Zvartnots” aeroportundan sərhədçilərin çıxarılmasını tamamlayıb. Xatırladaq ki, Ermənistan Rusiya qarşısında bu ilin əvvəlində belə bir tələb qoymuşdu.

On illərdir “Zvartnots”da, eləcə də Ermənistanın Türkiyə və İranla sərhədində rusiyalı sərhədçilər yerləşib. Bu, Rusiya və Ermənistan arasında sıx hərbi əlaqələrin əlaməti sayılırdı. Ancaq son aylar iki ölkə arasında gərginlik artıb. Hələ martda baş nazir Nikol Paşinyan elan edib ki, hökuməti Moskvaya sərhədçiləri aeroportdan çıxarmaq üçün avqustun 1-dək vaxt qoyub. Onun dediyinə görə, Ermənistanın Rusiya tərəfin köməyi olmadan sərhədə nəzarət etməyə gücü çatır. O zaman Rusiyanın Xarici İşlər Nazirliyi bu addımı tənqid edərək bildirib ki, İrəvan Rusiya-Ermənistan əlaqələrinə bərpaedilməz ziyan risqi, Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafına təhlükə yaradır. Amma Rusiya prezidenti Vladimir Putin və Paşinyan mayda Moskvada görüşəndə sərhədçilərin çıxarılmasını razılaşdırıblar. Proses “Zvartnots”da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları üçün vida mərasimi ilə tamamlanıb. Ermənistan sərhəd qoşunlarının yeni təyin olunmuş komandiri Edqar Hunanyan onlara xidmətə görə təşəkkür edib. O deyib ki, Ermənistan tərəfi Rusiya sərhədçilərinin 32 ildən artıq birgə xidmət zamanı ötürdüyü təcrübə və bacarıqlardan istifadə edəcək. Rusiyanın İrəvandakı müvəqqəti işlər vəkili Maksim Seleznyov isə bildirib: “Sizin heç də həmişə nəzərə çarpmayan, ancaq çox gərəkli işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinə vacib töhfə verib”. Burada xatırladaq ki, Paşinyanla may görüşündə Putin həm də Ermənistanın Azərbaycanla sərhədindən Rusiya əsgərləri və sərhədçilərini çıxarmağa razılaşıb. Sərhədçilər oraya İrəvanın xahişi ilə 2020-ci il Qarabağ müharibəsi zamanı və daha sonra yerləşdiriliblər. Amma həmin əsgərlərin çıxarılması barədə hələ ki, dəqiq məlumat yoxdur. Rusiyalı sərhədçilər Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qorumağa davam edəcəklər. Bu arada erməni mediası “Zvartnots”dan çıxan rus sərhədçilərinin iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi bildirilir. İddialara görə, İrəvan hökuməti xeyli müddət öncə “Zvartnots” hava limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların “Zvartnots”dan ən tez zamanda çıxmasını istəyən Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir. 

Xatırladaq ki, Rusiya sərhədçiləri 1992-ci ildən dövlətlərarası müqaviləyə uyğun olaraq “Zvartnots”da erməni sərhədçiləri ilə birgə işləyirdilər. Amma 2024-cü ilin fevralında Ermənistan hakimiyyəti respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulduğunu elan etdi. Bundan az sonra ölkə parlamentinin spikeri Alen Simonyan Rusiya sərhəd xidmətinin zabitlərini İrəvan hava limanından çıxarmağa çağır etdi və bunu rus qoşunlarının Ermənistanın “sərhədlərini qorumayacağı” ilə əsaslandırdı. Bu ilin martında İrəvan rəsmi olaraq Rusiya hakimiyyətindən paytaxt hava limanında sərhəd xidmətinin işini dayandırmağı tələb edib. Ermənistanda rus sərhədçilərinin rolu ilə bağlı müzakirələrə Ukraynaya qarşı müharibədən yayınan rusiyalı Dmitri Setrakovun iştirakı ilə insident də səbəb olub. 2023-cü ilin dekabrında Rusiya təhlükəsizlik qüvvələri Ermənistanın hüquq-mühafizə orqanlarına xəbər vermədən Setrakovu İrəvanda saxlayıblar. Setrakov daha sonra Rusiyaya deportasiya edilib. Erməni hüquq müdafiəçiləri rus sərhədçilərinin hərəkətlərini “Ermənistanın hüquq sisteminə hücum” adlandırıblar. Qeyd edək ki, Rusiyanın bu ölkədə hərbi bazası da var. Hesab edilir ki, növbəti mərhələdə Ermənistan rus ordusunun ölkə ərazisindən çıxarılmasına çalışacaq. Erməni analitik Hayk Xalatyan bildirir ki, İrəvan Moskvanı Qərbə dəyişir: “Maraqlıdır ki, Bakı indiki mərhələdə Moskva və Tehranla çox fəal işləyir. Artıq bu ölkələr də hesab edir ki, Ermənistan hakimiyyətinin siyasəti onların regiondakı maraqlarına təhlükə yaradır, Qərblə sıx əməkdaşlıq edir, regional proseslərə Qərbi cəlb edir. Təəssüf ki, Ermənistan hakimiyyətinin siyasəti sayəsində Bakı bu yolda uğur qazanır. İndi də hakimiyyət Azərbaycanın mümkün təcavüzündən danışır və biz görürük ki, Azərbaycana təsir etmək üçün çox ciddi rıçaqları olan Qərb heç bir kəskin addım atmır. Əgər Qərb platforması özünü doğrultmayıbsa, bəlkə də maraqları, məsələn, regionda erməni amilinin tam neytrallaşdırılmasından irəli gəlməyən digər vasitəçilərə qayıtmaq daha məqsədəuyğundur. Qərb üçün bu, Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxararsa, bu normaldır. Kollektiv Qərbin verdiyi açıqlamaları yaxşı xatırlayırıq. Ermənistan nəticədə Rusiya hərbi bazasını çıxarsa, KTMT-dən çıxsa, bu, Qərbi tam qane edəcək. Amma onda da Rusiyanın cavabı sərt olacaq”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031