KÖHNƏ VERSİYA            

İran savaşa girir - HƏMAS-ın müharibəsi genişlənir...

Image

İranın Ali Rəhbəri Əli Xamnei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib. Bu barədə məlumat verən “The New York Times” yazır: “İranın Ali Rəhbəri ayətullah Əli Xamnei Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib”.

Məlumata görə, Xamnei əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib. İkisi SEPAH üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər ictimaiyyət qarşısında çıxış etmək səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər. İran prezidenti Məsud Pezeşkian X səhifəsində ölkəsinin ərazi bütövlüyünü, şərəfini və qürurunu müdafiə edəcəyini və İsraili “qorxaq əməlinə görə” peşman edəcəyini bildirib. Xatırladaq ki, Haniyə Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi. Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub. HƏMAS bəyanat yayaraq, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib. Hesab edilir ki, baş verənlər Qəzzada İsrail və HƏMAS arasında savaşın daha qanlı xarakter almasına gətirib çıxaracaq. “Georgetown” Universitetinin Orta Şərq araşdırmaları üzrə professoru Nader Hashimi qeyd edir ki, Haniyənin öldürülməsi regionu əvvəlkindən daha genişmiqyaslı müharibəyə yaxınlaşdırır. HƏMAS daha aktiv hərbi əməliyyatlara start verəcək. Bu arada məlumat üçün qeyd edək ki, HƏMAS adının özü təşkilatın ərəbcə adının abbreviaturasıdır və açması “Hərəkat əl-Muqavəmə əl-İslamiyyə” (“İslami Müqavimət Hərəkatı”) deməkdir. Qrupun yaradıcısı gəncliyində Qahirə Universitetinin ingilis dili fakültəsinin tələbəsi olan fələstinli din xadimi Şeyx Əhməd Yasin olub. HƏMAS Misirin “Müsəlman Qardaşları” islamçı təşkilatının Fələstindəki hissəsindən qurulub. Onu təşkil edən Yasin əvvəlcə 1967-ci il Altı günlük müharibədən sonra İsrailin işğal etdiyi İordan çayının qərb sahili və Qəzza zolağında yalnız tədris və xeyriyyəçiliklə məşğul olub. Keçən əsrin 80-ci illərində fəal şəkildə İsrailə qarşı çıxan ən böyük Fələstin təşkilatlarından biri, nüfuzu ilə hətta fələstinlilərin özləri arasında heç də gözə çarpmayan Fələstin Azadlıq Təşkilatı (FAT) olub. Bəzilərini onun səmərəliliyinin aşağı olması, digərlərini dindarlığının yetərsizliyi qane etmirdi, bir hissəsini də liderlərinin daima korrupsiyada ittiham edilməsi qəzəbləndirirdi. HƏMAS isə onun tam əksi kimi görünürdü - əsasən ona görə ki, o, İslamı birinci yerə qoyurdu: Fələstin ərazilərinin azad edilməsi əhalinin islamlaşmasının nəticəsində olmalı idi. 1987-ci ildə HƏMAS-ı quran Yasin demişdi ki, Altı günlük müharibədən keçən 20 ildə vəziyyət dəyişib və “ilahi iradə”nin nəticəsi olan yeni reallıqlar meydana gəlib, odur ki, mənəvi təmizliyi və başqaları üçün qayğını birləşdirən xüsusi mübarizə növü tələb olunur ki, “təkcə vətən azad edilməsin, həm də ruh öz nicatını tapsın”.

1988-ci ildə HƏMAS İsrailin məhv edilməsinə və “tarixi Fələstin” torpağında İslam dövlətinin yaradılmasına çağıran ilk xartiyasını dərc edib. 2017-ci ildə HƏMAS altı günlük müharibədən əvvəl müəyyən edilmiş sərhədlər daxilində öz dövlətinin yaradılmasına “müvəqqəti” razılığını bildirən yeni sənəd təqdim edir. Lakin bu sənəddə də İsraili diplomatik əlaqələr qurula bilən suveren dövlət kimi tanımaqdan imtina etdiyi qeyd olunur. İordan çayının qərb sahili və Qəzza Fələstin ərazisi kimi tanınır. Bundan başqa, tarixdə Fələstin kimi tanınan dövlətə Şərqi Qüds və İsrail də daxil idi. Yəhudilər İncildə yəhudi krallıqlarının torpaqları kimi təsvir edilən bu yerləri “vəd edilmiş torpaq” kimi görürlər. İsrail dövləti 1948-ci ildə yaradılıb, lakin İsraili rəsmən tanımayanlar hələ də bu bölgəni Fələstin adlandırırlar. Fələstinlilər İordan çayının qərb sahilini, Qəzza və Şərqi Qüdsü əhatə edən bölgəni də Fələstin adlandırırlar. Bu gün sahəsi cəmi 365 kvadratkilometr olan Qəzza zolağına HƏMAS nəzarət edir. Aralıq dənizi sahilinin bu kiçik zolağında iki milyondan bir qədər çox insan yaşayır. Həm bir çox ölkələr, həm də, məsələn, Avropa İttifaqı kimi fövqəlmilli qurumlar tərəfindən terror təşkilatı kimi tanındığına görə HƏMAS rəsmi yardıma ümid edə bilməz. Tarixən vəsaitlərin çoxu xaricdə yaşayan varlı fələstinlilərdən, eləcə də Körfəz ölkələrindəki daha varlı şəxslərdən gəlib. İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra HƏMAS-ın silahlı qanadı “Əl-Qəssam” Briqadalarının komandiri Məhəmməd Deyf fələstinliləri və digər ərəbləri “İsrail işğalını silib-süpürmək üçün” əməliyyata qoşulmağa çağırıb. İsrail, şübhəsiz ki, bir neçə cəbhədə birdən açıla biləcək müharibə potensialını görür. Ən pis ssenari odur ki, müharibə Livanın güclü silahlı qruplaşması “Hizbullah”ı cəlb edə bilər. Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib qeyd edir ki, İsrailin təcavüzkar siyasəti böyük regional müharibəni yaxınlaşdırır və diplomatik həll səylərini baltalayır.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031