Evsiz ailələr oyunlara iki gün qalmış Makrona sürpriz etdi - Parisdə etiraz aksiyası başladı
Paris Olimpiya Oyunlarının açılış mərasiminə iki gün qalmış paytaxtın 18-ci dairəsinin bələdiyyə binası qarşısında daha bir paytaxt reallığı nümayiş olunur.
Onlarla evsiz ailə ağır vəziyyətlərinə etiraz olaraq 18-ci rayonun meriyasının qarşısına toplaşıb. Bəziləri gecəni də meriyanın qarşısındakı küçədə keçirir.
Təqribən 300 insan bu acınacaqlı vəziyyətə dözmədiklərini bildirir.
Etiraz edənlər dövlət orqanlarına etiraz etmək üçün bir araya gəlmiş Afrika əsilli miqrantlardır. Onlar getdikcə daha ağır yoxsulluq səviyyəsinə düşmələrinin səbəblərindən birinin Olimpiya Oyunları olduğunu deyirlər. Assosiasiyaların fikrincə, evsizlər üçün ayrılmış 3000 yerin Oyunlara gələn turistlərə kirayə verilməsi vəziyyəti daha da ağırlaşdırıb.
Etirazçılardan bəziləri xəstəxanalardan yarımçıq çıxarıldıqlarını bildiriblər.
ZÜMRÜD