KÖHNƏ VERSİYA            

Kreml deyəsən tərpəndi – İrəvanda hərəkət başladı…

Image

Çoxsaylı xəbərdarlıqlardan sonra Rusiya Ermənistana qarşı artıq daha konkret addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın ərzaq təhlükəsizliyi ilə bağlı Ermənistandan meyvə-tərəvəz idxalını qadağan etdiyi bildirilir. Bunun iki müttəfiqin bir-birindən uzaqlaşdığı, münasibətlərindən gərginliyin artdığı bir dönəmdə baş verdiyi diqqətdən yayınmır.

Məsələ burasındadır ki, Rusiyanın “Rosselxoznadzor” kənd təsərrüfatına nəzarət qurumu Ermənistan hökumətinin Ərzaq Təhlükəsizlik Müfəttişliyinə bu barədə məktub göndərib. Məktubda deyilir ki, apreldən iyunun əvvəlinədək Rusiya orqanları ölkəyə Ermənistandan idxal edilən pomidor və almada Rusiya və Avrasiya İqtisadi İttifaqının digər üzvlərində icazə verilən normadan artıq pestisidin olduğu səkkiz hal aşkarlayıblar. “Rosselxoznadzor”un rəis müavini Anton Karmazinin imzaladığı məktubda deyilir ki, iyunun 5-də Ermənistan tərəfə bu pozuntularla bağlı məlumat verilib, ancaq sonuncu uyğun araşdırmaya boyun olmayıb. Bu səbəbdən Ermənistan iyulun 15-dən kənd təsərrüfatı məhsullarının ixracını dayandırmalı, Rusiyanı narahat edən məsələlərlə bağlı məqsədli tədbirlər görməlidir. Karmazin qadağanın aid edildiyi Ermənistan ixracatçılarının 18 səhifəlik siyahısının da məktuba əlavə olunduğunu yazıb. Ermənistan  Ərzaq Təhlükəsizlik Müfəttişliyi Rusiyanın qadağasına reaksiya verməyib. Amma bu qadağa Rusiya bazarından asılı on minlərlə ermənistanlı fermerə və istixana sahibinə təsir göstərəcək. Müvəqqəti ola biləcək bu qadağanı yerli şərhçilər Rusiyanın Ermənistan hökumətinin Qərbə davamlı meyllənməsinə cavab sayırlar. Moskva son aylar İrəvana sərt xəbərdarlıqlar edir. Xatırladaq ki, ötən ilin noyabrında da Rusiya Ermənistandan bir çox ərzaq məhsullarının idxalını blokladı. Onda “Rosselxoznadzor” həmin məhsullarda zərərli karantinli orqanizmlərin sayında kəskin artımın olduğunu əsas gətirirdi. O vaxtdan bəri Rusiya-Ermənistan münasibətləri daha da pisləşib. Baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyanın rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov martda deyirdi ki, Paşinyan KTMT-dən çıxarsa, Ermənistan Rusiya ilə davamlı azad ticarətə bel bağlaya bilməz. Onun müavinlərindən biri Mixail Qaluzin ötən ay bu xəbərdarlığı bir daha dilə gətirib. Rəsmi statistikaya görə, 2023-cü ildə Ermənistandan 182.5 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib, 2024-cü ilin yanvar-mayında isə bu rəqəm 70 milyon olub. İxracın 90 faizi Rusiyaya gedib. Erməni iqtisadçı Suren Parsyan qeyd edir: “Bu qadağalar qüvvəyə minərsə, bizim fermerlər üçün çətin olacaq. Onlar məhsullarını yerli bazarda, daha aşağı qiymətə satmalı olacaqlar”. Ermənistanda istehlakçı hüquqları qrupuna başçılıq edən Babken Pipoyan isə Ermənistan hökumətini “Rosselxoznadzor”un iyun xəbərdarlığından sonra tədbir görmədiyinə görə tənqid edib: “Ərzaq təhlükəsizliyi risqlərini qiymətləndirən mexanizm var. Hökumət bu sistemi işlədə bilməyəndə başımıza gələn də bu olur”.

Onu da qeyd edək ki, Moskva Ermənistana qarşı diplomatik ritorikasını da getdikcə sərtləşdirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dedikləri də bunun təsdiqidir: “Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər - təbii ki, bu qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən "Eagle Partner 2024" birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar. Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır”. O xüsusi vurğulayıb ki, Ermənistanda Vaşinqton və İrəvan arasında keçirilən “Eagle Partners” hərbi təlimləri bu ölkənin gələcəyi ilə bağlı narahatlıq yaradır: “Bu təlim nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur. Çünki ABŞ və Avropa İttifaqı dəfələrlə belə maxinasiyalar həyata keçiriblər. Yaxşı bilirsiniz ki, bu “qartal tərəfdaşlığı” adlanan işin sonu necədir. İstifadə edildikdən sonra lazımsız əşya kimi kənara atılır. ABŞ-ı prinsipcə sülhsevər siyasət qane eləmir. Regionda sülhün və sabitliyin əldə olunması, yalnız Cənubi Qafqaz regionunda ölkələr arasında münasibətlərin hərtərəfli normallaşması və bilavasitə qonşuların - İran, Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olması Vaşinqtonun məqsəd və vəzifələrinə daxil deyil. Üstəlik, bunun qarşısını almağa çalışırlar. ABŞ rəsmilərinin sonsuz sıra ilə İrəvana necə axışdığını da izləyirik. Bu, onların ölkənin və onun xalqının rifahının qayğısına qaldıqları barədə illüziya yaradır. Reallıqda onlar postsovet məkanı ölkələrini anti-Rusiya kampaniyalarına cəlb edirlər. Bu isə bizə deyil, bu dövlətlərin özlərinə, iqtisadi fəaliyyətlərinə, humanitar siyasətlərinə ziyan vurur”. Bütün bunlar fonunda Rusiya və Ermənistan arasında iqtisadi sferada da münasibətlərin kəskinləşəcəyini gözləmək olar. Hər halda, Moskva təzyiq rıçaqlarını tədricən işə salır. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031