Deputatlığa namizədliyini irəli sürən 806 nəfərdən 532-nin namizədliyi təsdiqləndi...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 806 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iyulun 19-da keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, namizədliyi irəli sürülən 532 nəfərin namizədliyi təsdiqlənib, onlardan 451 nəfəri imza vərəqələrini alıb, 31 nəfər imza vərəqələrini geri qaytarıb.
“Dörd nəfər namizəd isə artıq qeydə alınıb”, - deyə M.Pənahov əlavə edib.
ZÜMRÜD