"Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski əgər Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib.
İyulun 18-də Oksfordda keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyada səfərdə olan V.Zelenski BBC telekanalına müsahibə verib.
O, Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Prezident qeyd edib ki, ancaq o, zəhmətkeşdir və ABŞ-da hakimiyyətdə olan hər kəslə işləməyə hazırdır.
ZÜMRÜD