Obama da Baydendən namizədliyini geri götürməsini istədi - qələbə şansı yoxdur...
ABŞ-ın sabiq prezidenti Barak Obama və ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi hesab edir ki, ABŞ Prezidenti Baydenin növbəti seçkilərdə iştirak etmək qərarına yenidən baxmalıdır.
“Washington Post” yazır ki, Obama Baydenin namizədliyi ilə bağlı narahatlığını demokratların yanında şəxsən ifadə edib, Nensi Pelosi isə Baydenə mübarizədən çəkilməsə demokratların Nümayəndələr Palatasına nəzarət şansını itirə biləcəyi haqda şəxsən xəbərdarlıq edib.
Nəşr anonim mənbəsinin verdiyi məlumata əsasən, Obama müttəfiqlərinə Baydenin qələbə şanslarının xeyli azaldığını deyib və hesab edir ki, prezident öz namizədliyini geri götürmək imkanını ciddi şəkildə nəzərdən keçirməlidir.
TAHİR