Microsoft çökdü - uçuşlar ləğv edildi, kanalların yayımı dayandı, banklar, supermarketlərin işi iflic oldu...
Microsoft xidmətlərinin proqram təminatının qlobal kəsilməsi bütün dünyada müxtəlif şirkət və qurumlarda xaosa səbəb olub. “Windows” əməliyyat sisteminin nasazlığı üzündən bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətində problmlər yaranıb.
Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrindəki banklar və şirkətlərdə fasilələr yaranıb. Uçuşlar ləğv edilib, supermarketlərdə kassalar bağlanıb, kanallar yayımı dayandırıb. Bundan əlavə, ən böyük banklar da zərər çəkib. Proqram təminatının kəsilməsi London Birjasına da təsir edib. Alyaska ştatında təcili yardım xidmətləri problemlərlə üzləşib. Kritik xətanın təsirinə məruz qalan şirkətlər arasında İrlandiyanın “Ryanair” aviadaşıyıcısı və Britaniyanın “Sky News” telekanalı da var.
“Microsoft” şirkətinin məlumatına görə, “istifadəçilərin müxtəlif proqram və xidmətlərə çıxışına mane olan problemi araşdırırlar”.
TAHİR