"Hər şeyin təzəsi, dostun köhnəsi" - Britaniya səfirliyindən maraqlı paylaşım...
Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib. Səfirliyin "X" hesabında Kral III Çarlzın Prezident İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.
"Hər şeyin təzəsi, dostun köhnəsi" başlığı ilə paylaşılan fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub.
Sözügedən foto da Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə çəkilib.
TAHİR
A royal welcome for 🇦🇿 @presidentaz at the European Political Community leaders’ summit.
— UK in Azerbaijan (@ukinazerbaijan) July 19, 2024
Hər şeyin təzəsi, dostun köhnəsi
🇬🇧 🫱🏻🫲🏼 🇦🇿 pic.twitter.com/jFx4rwsQXZ