Trampın vitse-prezidentliyə Vansın namizədliyini irəli sürülməsi Avropanı qorxutdu - Ukrayna üçün dəhşətli xəbərdir...
ABŞ-ın keçmiş prezidenti, prezidentliyə namizəd Donald Trampın vitse-prezidentliyə Ohayo senatoru Vansın namizədliyini irəli sürülməsini dəyərləndirən Vaşinqtondakı yüksək səviyyəli avropalı diplomat bunu Ukrayna üçün dəhşətli xəbər adlandırıb.
Guardian qəzetinin məlumatına görə, diplomat bunun “bizim üçün pis, Ukrayna üçün isə dəhşətli xəbər” olduğunu deyib.
Qeyd edilir ki, avropalı siyasətçilər və diplomatlar noyabrda Tramp seçiləcəyi təqdirdə ABŞ-lə münasibətlərdə baş verəcək dəyişikliklərə indidən hazırlaşmağa başlayıblar.
TAHİR