Vətən sevgisinin əbədiyyət yolu
44 günlük haqq savaşımızda Vətən, torpaq naminə özünü fəda edən Rameş Gülverdi oğlu Zəkiyev ömrünün 23-cü ilinə qədəm qoyub. Astara elinin qeyrətli oğlu göz açdığı bu dünyada az yaşadı. Qaldı ki, gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb getdi. O, indi cismən aramızda olmasa da, bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönərək milyonların ürəyindədir.
Bu fikirlər İkinci Qarabağ şəhidi Rameş Zəkiyevin mövlud günü münasibətilə təşkil olunan mərasimdə deyildi. Mərasim iştirakçıları şəhidin doğma kəndində uyuduğu müqəddəs yeri ziyarət etdilər və ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng hördülər.
2001-ci ildə Astaranın Şahağac kəndində dünyaya göz açan Rameş Zəkiyev uşaqlıqdan idmanın boks növünə böyük maraq göstərib. Qatıldığı yarışlarda həmişə uğur qazanıb. 2016-cı ildə ölkəmizi Rusiyada təmsil edib.
Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. Ağdam rayonunun Baharlı kəndində Vətənin keşiyində durub. İkinci Qarabağ müharibəsində minaatan kimi Rameş Ağdam istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sinaqlardan üzüağ çıxıb. 15 oktyabr 2020-ci ildə Ağdam rayonunun Hacıməmmədli kəndində minaatan mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə şəhidlik zirvəsinə ucalıb. Onun cənazəsi 20 oktyabr 2020-ci ildə Şahağac kəndinə gətirilib, burada torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb .
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin