"Müharibəyə qoşulsa Gürcüstan Ukraynadan da pis nəticələr əldə edəcək" - İvanişvilidən XƏBƏRDARLIQ
Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvili bəyanatla çıxış edib. Hakim partiyanın fəxri sədri bəyan edib ki, “Qlobal Müharibə Partiyası” köhnə və yeni “Vahid Milli Hərəkat” partiyasını lobbiləşdirir, çünki onlar istənilən vəzifəni, o cümlədən ölkənin müharibəyə cəlb olunmasını yerinə yetirmək üçün imza atacaqlar.
“Hamıya aydındır ki, müharibəyə qoşulacağı təqdirdə Gürcüstan Ukraynadan da pis nəticələr əldə edəcək. Bu nəticədən qaçmaq bizim ilkin vəzifəmizdir və nəhayət, oktyabrın 26-da “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının növbəti qələbəsi ilə həll olunacaq”.- B.İvanişvili bəyan edib.
Mətləb Salahov