Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub
Bu gecə Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir ki, zəlzələ Zaqatala stansiyasında 61 kilometr cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb. Yerli vaxtla saat 06:09-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8-ə bərabər olub.
Mətləb