Trampa sui-qəsd cəhdi ilə bağlı yeni detallar ortaya çıxdı – atəş açan şəxs damda olarkən polislər də binanın içində olublar...
ABŞ Gizli Xidmətinin direktoru Kimberli Çitl prezidentliyə namizəd olan keçmiş ABŞ prezidenti Trampa sui-qəsd cəhdi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Cinayətkarın atəş açdığı binanın təhlükəsizliyini təmin etmək üçün yerli polisin görəvləndirildiyini bildirən Çitl, hücum edən şəxs damda olarkən polisin də binanın içində olduğunu açıqlayıb.
"Həmin binada yerli polis məmurları var idi. Binanın ətrafına cavabdeh olan ərazidə polis var idi", - deyən Gizli Xidmətin direktoru deyib ki, bu, qəbuledilməzdir və bir daha təkrarlanmamalıdır.
Silahlı hücumçunun atəş açmadan əvvəl ətrafdakılar tərəfindən görüldüyü və potensial şübhəli kimi müəyyən edildiyi barədə açıqlamalarla gəlincə Çitl deyib ki, təcavüzkarın görünməsi ilə atəş açılması arasında "çox qısa bir müddət" keçib.
"Hələlik bütün detallara malik deyiləm, lakin bu, çox qısa bir müddət idi. Həmin şəxsi axtarmaq, tapmaq, müəyyən etmək və sonra zərərsizləşdirmək çox qısa bir vaxt aldı” – deyə o bildirib.
TAHİR