Ərdoğandan Ermənistana mesaj - Azərbaycana qarşı öhdəliklərini yerinə yetirməlidir...
Azərbaycan Vətən müharibəsinin ardından 30 illik işğala son qoydu. Bu tarixi zəfərdən böyük qürur və sevinc duyuruq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.
R.T. Ərdoğan qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı öhdəliklərini yerinə yetirməsi önəmlidir.
"Azərbaycanın zəfəri ilə regionda sülh və sabitliyə bir addım daha yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur", - deyə o qeyd edib.