KÖHNƏ VERSİYA            

Trampın rəqiblərinə “milyarder Cefri Epşteyn” atmacasının mahiyyətində nə var?

Image

ABŞ-ın sabiq prezidenti Donald Tramp, prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli, 11 sentyabr terror aktı və milyarder Cefri Epşteyn haqqında sənədləri dərc edəcək. 

Tramp bu haqda “Fox News”a müsahibəsində deyib. “Mənim qisasım uğurlu olacaq. Bunlar pis insanlardır. Bunlar xəstə insanlardır. Mən olmasaydım, eyni şeyi başqasına edərdilər”- deyə Tramp bildirib.

Trampın barəsində danışdığı Cefri Epşteyn milyarderdir. Onun bu açıqlaması şantajdırmı, yoxsa əsaslı bir məsələdir? Şantajdırsa kimə yönəldir? Cefri Epşteyn kimdir və keçmiş prezident bu hədəni kimə yönəldir? 

Kollec dərəcəsi olmayan müəllim… 

Cefri Epşteynlə bağlı internet üzərindən araşdırma apardıq və qarşımıza onunla bağlı diqqət çəkən məlumatlar çıxdı. Vikipediya açıq ensiklopediyasında Cefri Epşteyn ABŞ maliyyəçisi və cinayətkarı kimi təqdim edilir.  1953-cü ildə Nyu-Yorkun Bruklin rayonunda doğulan və burada böyüyən Epşteyn, kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaradıb. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqları cinsi istismar edib.  

Prokurorların "serial seks ovçusu” adlandırdığı iş adamı… 

2019-cu ildə amerikalı milyarder Cefri Epşteyn cinsi istismar məqsədilə insan alverində ittiham olunub. Həmin dövrdə 66 yaşı olan milyarder məhkəmə qarşısına çıxarılaraq, haqqında həbs qərarı verilib.

Xarici mətbuatın yazdığına görə, Epşteyn həmçinin insanları cinsi istismara məruz qoymaq məqsədilə hiylə qurub onları aldatmaqda günahlandırılıb.

Vəkili Cek Qoldberger deyirdi ki, o özünü təqsirli bilmir, ittihamları da rədd edir. Yetkinlik yaşına çatmayan qızlarla seksual münasibətlərdə təqsirləndirilən maliyyəçi məhkəmədə bildirirdi ki, indi qurban kimi təqdim olunan qızlar, əslində, könüllü şəkildə münasibətdə olublar. O isə həmin qızların 18 yaşdan böyük olduğunu düşünüb.

Qeyd edək ki, Epşteyn Parisdən gələrkən təyyarə Nyu-Cersi ştatında yerə enən kimi saxlanılmışdı.

“The New-York Times” qəzeti yazırdı ki, Epşteynin keçmiş prezident Bill Klintonla, həmçinin Ağ Evin hazırkı rəhbəri Donald Trampla yaxşı əlaqələri olub.

Epşteyn 2007-2008-ci illərdə də yetkinlik yaşına çatmayan qızların xidmətindən istifadə etməkdə günahlandırılırdı. Həmin vaxt o, əməlini etiraf etmiş və bu üzdən 13 ay həbsxanada saxlanılmışdı. 

Milyarder 2019-cu ildə də növbətu dəfə eyni məsələyə görə həbsə məhkum edilir. O zaman milyarderlə bağlı mətbuatda tükürpədən faktlar yer alırdı. Amerikalı milyarder Cefri Episteyn saxlandığı kamerada ölü tapılır. Mətbuata görə, prokurorların "serial seks ovçusu” adlandırdığı iş adamının ölümü ilə gündəm qarışır və cürbəcür iddialar yayılır. Episteyn, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu. 

Epşteynin müəmmalı ölümü və yeni iddialar... 

KİV-ə görə, Epşteynin ölümündən sonra “qurama” teoriyaları ortaya atıldı. Sosial mediada belə versiyalar yayıldı ki, Epşteyn başqa məşhur şəxslərin adlarının ortaya çıxmasının əngəllənməsi üçün öldürülüb, hətta ölümü də quramadır. Ölümündən sonra həbsxana yetkililərindən alınan məlumatda deyilirdi ki, Epşteyn 10 avqust 2019-cu il saat  06.30-da kamerasında ölü tapılıb. Həbsxana işçiləri onu həyata qaytarmağa çalışsalar da, xəstəxanaya aparılan milyarderin öldüyü açıqlanıb.

Yetkililər Epşteynin intihar etdiyini düşündüklərini dedikləri halda, rəsmi ölüm sənədinin açıqlanmadığı bildirilirdi. O dövrdə yayılan iddialara görə, Epşteynin həbsxanada rahatlığını təmin etmək üçün məhkumlara rüşvət verdiyi və beləcə təhlükədən uzaq qalmağı planlaşdırdığı ortaya çıxıb. Epşteynin kiçik hücrədən qurtulmasına kömək etmək üçün vəkilinə də külli miqdarda pul verdiyi və 12 saata qədər görüşə gəlməsini istədiyi bildirilirdi. Bu uzun görüşmə saatlarında ehtiyatdakı bütün yemək və içkilərin tükəndiyi də deyilirdi.

Trampın yaydığı video... 

Elə həmin günlərdə ABŞ-ın keçmiş prezidenti Tramp Twitterdə mühafizəkar komediyaçı Terrence Villiamsın Epşteynin ölümü ilə bağlı keçmiş prezident Bill Klinton və keçmiş xarici işlər naziri Hillari Klintonu cavabdeh saydığı videonu paylaşmışdı. Tramp mesajında Epşteynin intihar nəzarətində olduğu zaman öldüyü iddia edilirdi.

Epşteyn haqqında federal cinayət işi bağlanmışdı. Amma ona təzminat davası açmağın hələ də mümkün ola biləcəyi deyilirdi. Məhkəmə sənədlərinə görə, Epşteynin Manhetten, Palm Beach, New Mexiko və Parisdə evleri, Kariblərdə adası, ən azı 15 maşını və özəl təyyarəsi olub.

Milyarderə qarşı təcavüz iddiası… 

Mətbuatda yazılırdı ki, Cenifer Araoz adlı bir qadın 15 yaşındaykən Epşteynin ona təcavüz etdiyini iddia edərək, məhkəməyə müraciət etmişdi. Aroaz, Epsteynin ölümündən sonra verdiyi açıqlamada aşağıdakıları demişdi: “Epşteynin qurbanları ilə məhkəmədə üzləşə bilməyəcəyi üçün əsəbi və kədərliyəm. Bizlər həyatımızın sonuna qədər bu travma ilə yaşamağa məcburuq. Amma Epşteyn etdiyi cinayətlərin və o qədər insana yaşatdığı iztirabların nəticələri ilə əsla üzləşməyəcək”.

Prokurorların məhkəmənin gedişi zamanı Epşteynin köməkçiləri və işçilərinə qarşı da cinayət işi aça biləcəyi deyilirdi. Məhkəmə sənədlərində Epşteyn üçün “masaj edən qadınları təşkil edən” üç işçisi barədə də danışılırdı. Məhkəmə sənədində zərərçəkənlərdən birinin vəkili olan Robbie Kaplan isə bildirirdi ki, "Epşteyn və cinayət ortaqlarının qurbanları ümidlərini ititməməlidir. Biz var gücümüzlə ədalətin öz yerini tapması üçün cəhdlər göstərməklə qalmayıb, yol verilən bütün cinayətlərin dünyaya çatdırılmasını təmin edəcəyik. Gənc qızlarımızın və ya kişilərimizin bir daha bu cür şeylər yaşamaması üçün bu cinayətləri ifşa etmək məcburiyyətindəyik”.

Qadınları bir-biri ilə məcburi evləndirən Epşteyn… 

Mətbautda milyarderlə bağlı başqa bir ilginc fakt da yayılıb.  Yazılanlara görə,  C.Epşteyn 2013-cü ildə 2 qadını bir-biriylə zorla evləndirmək istəyib. Qadınlardan biri ABŞ vətəndaşı, digəri isə Şərqi Avropadan olub. Qadınlar çirkin niyyətli milyarderin həbsindən bir ay öncə boşandıqlarını deyirdilər. Ketlin Doe adlı bir başqa qurban isə Epşteynin ona təzyiq edərək, başqa bir qadınla evlənməsini istədiyini bildirmişdi.

Ketlin Doe eyni cinsdən bir qadınla evlənməsi üçün Epşteynin ona 20 min dollar təklif etdiyini bildirirdi. Qadınlar boşanmadan öncə Epşteynə aid bir binada yaşadıqlarını deyirdilər. Katlin həmçinin iddia edirdi ki, Epşteyn ondan bakirəliyini istəyib və buna məcbur edilib. Nyu Yorkdakı federal prokurorlar onun 2002-2005-ci illər arasında Nyu Yorkdakı evi və Floridadakı malikanəsində aralarında 14 yaşındakı qız uşaqlarının da olduğu, yetkinlik yaşına çatmayan insanlarla pul qarşılığında cinsi münasibətlər qurması ilə bağlı iddianaməni də keçən ay gündəmə gətirmişdi.

Bitib-tükənməyən iddialar, 13 illik həbs… 

Mətbuata görə,  Epşteynə 2007-ci ildə də buna bənzər ittihamlar yönləndirilmişdi. Həmin vaxt prokurorluqla anlaşan və insan alveri ittihamlarını qəbul edən Epşteyn ehtimal edilən ömürlük həbs cəzası əvəzinə, yuxarıda qeyd edildiyi kimi, 13 ay həbsə məhkum olmuşdu.

ABŞ mediasına görə, 2019-cu ilin 6 iyulunda Epşteynin malikanəsində aparılan axtarışda külli miqdarda nağd pul, çoxlu sayda brilyant, adına alınmış, yaşayış yeri olaraq Səudiyyə Ərəbistanın qeyd olunduğu vaxtı keçmiş bir saxta pasportla yüzlərlə gənc qadının intim fotoları tapılmışdı.

O da qeyd edilir ki, Epşteyn həmin ilin 23 iyulda boynunda izlər tapıldığı üçün intihar nəzarətinə götürülmüşdü. İzlərin intihar cəhdi, yoxsa hücuma məruz qaldığı üçün yarandığı isə aydınlaşmamışdı.

Cinayətkar, pedofil, “seks ovçusu” milyarder barədə bu gün də müəmmalı söhbətlər, iddialar davam edir. Trampın da müsahibəsində Epşteynin ölümü haqda danışması müxtəlif suallar yaradır. Tramp açıqlayıb ki, prezident seçiləcəyi təqdirdə milyarderlə bağlı sənədləri dərc edəcək. Təbii, gözləntilər odur ki, Epşteynin ölümünün gerçək səbəbi üzə çıxacaq. Fikrimizcə, Tramp bu sənədləri dərc etməklə indiyə qədər davam edən müəmmaya son qoyacaq, sözsüz ki, sənədlər dərc ediləndə müxtəlif məşhurların, ABŞ siyasilərinin, dövlət adamlarının da adlarının ortaya çıxması gözlənilməz deyil... Bu açıqlamadan, yəqin ki, çoxları özünə aid mesajı alıb. Gəlin, hadisələrin davamını gözləyək...

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031