Blinken bəyan etdi: "ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb"
Amerika Birləşmiş Ştatları Ukraynaya növbəti silah və avadanlıq paketini elan edib. Bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinkenin KİV-ə bəyanatında bildirilir. Bəyanata əsasən, 400 milyon dollarlıq paketə raket sistemləri üçün əlavə müdafiə sürsatları, zenit raketləri, qərb raketləri və radarlarını Ukrayna sistemləri ilə birləşdirmək üçün avadanlıqlar, artilleriya sistemləri, mərmilər, zireh əleyhinə sistemlər, piyada döyüş vasitələri və digər silah və avadanlıqlar daxildir. Bildirilib ki, ABŞ Ukraynanın yanında durmağa davam edəcək.
Mətləb