Paşinyana qarşı kilsə hərəkatının ipi Kanadada kimin əlindədir?...
Hazırda Ermənistanda "Vətən naminə Tavuş" hərəkatını idarə edən Baqrat Srbazyanın Kanada vətəndaşı olduğu üzə çıxıb,daha doğrusu ikili vətəndaşlığa malik Srbazyanın Kanada və Ermənistan vətəndaşlığı var. Baqrat işinin üstü açılandan sonra bu xəbəri danmayıb və bəyan edib ki, erməni xalqı qəbul edərsə, o baş nazir ola bilər. "Ancaq baş nazir olmaq fikrim yoxdur. Mən Tavuş arxiyepiskopuyam və bu vəzifəm baş nazirlikdən çox üstündür." Baqrat Paşinyanı belə aşağılayıb.
Belə görünür ki, Paşinyanın istefaya məcbur edilməsi uğrunda mübarizənin önündə gedən Srbazyanı Kanadadan idarə edirlər, daha doğrusu, Kanada üzərində Fransanın böyük təsiri olduğunu əsas götürsək, onun ipinin hətta Makronun da əlində olduğunu ehtimal etmək olar. Ermənustanda Kilsə hərəkatını dolayı olaraq Fransa idarə edir.
Namiq Quliyev