Almatıda Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş başlayıb
Bu saatlarda Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında iki ölkə arasında sülh müqaviləsinin əsas məsələləri üzrə görüş başlayıb. Xatırladaq ki, İki ölkənin xarici işlər idarələrinin rəhbərləri sonuncu dəfə fevralın 29-da Berlində görüşüb və orada sülh müqaviləsinin əsas məsələləri üzrə işi davam etdirmək barədə razılığa gəliblər.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bir müddət əvvəl bildirib ki, danışıqlar yalnız bu iki tərəf arasında aparılmalıdır, Astananın vasitəçiliyindən söhbət getmir.
Mətləb