Əhməd İsmayılov: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır"
Media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən “Media haqqında” Qanunun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmış sistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalist peşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsinin əsasını qoyub.
Bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanı söyləyib.
İcraçı direktor deyib ki, Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır.
ZÜMRÜD