“Media haqqında” qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I) 59.2-ci maddəsində “və” sözü vergül işarəsi ilə əvəz edilib və həmin maddəyə “Ali Məhkəməsi” sözlərindən sonra “və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi” sözləri əlavə edilib.