KÖHNƏ VERSİYA            

Aşıq Müseyib xalq ruhuna yaxın sənətkar idi

Image

Başlanğıc üçün bir həqiqətə diqqət çəkmək istəyirəm: Necə ki, aşıq sənəti milyonların ehtiramına layiqdir, eləcə də Aşıq Müseyibə eyni aqibətdə sevgi və ehtiram göstərirdilər. Sözün bəzəyi poetika olduğu kimi, el məclislərinin də bəzəyi o idi. Nə xoş ki, o, bütün ömrü boyu milli mədəniyyətimizin və incəsənətimizin təbliği istiaqmətində böyük rol oynadı.

Bəlkə də çox az adam tapılar ki, Aşıq sənətinə məhəbbəti olmasın. Bu mənada mənim də bu sənətə böyük məhəbbətim var. Xüsusilə, Aşıq Müseyibin saz ifalarına, məlahətli  melodiyalarına çox qulaq asmışam. Hər dəfə də könlüm durulub, ruhum cavanlaşıb. 

Mən Aşıq Müseyibi ilk dəfə 1961-ci ildə Agstafada bir el şənliyində canlı görmüşəm. İkinci dəfə onu 1971-ci ildə Hüseyn Arifin qonağı olarkən görmüşəm. O vaxt o, radioda çıxış etmək üçün gəlmişdi. Həmin gün şair Hüseyn Arif məni və yazıçı İsmayıl Şıxlını da evinə dəvət etmişdi. Allah şahiddir, biz həmin gün ilahi, ecazkar bir səsin, bir səs sahibinin sehrinə düşmüşdük. O səsin əhatəsindən çıxmaq çox çətin idi.

Aşıq Müseyib xalq ruhuna yaxın aşıq idi. O, Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Yaxşı haldır ki, bu gün də onun ədəbi irsi araşdırılır, haqqında sözlər deyilir.

Səhv etmirəmsə, Aşıq Müseyibin Azərbaycan radiosunun qızıl fondunda onlarla lent yazıları qorunur. 

Demək ki, Aşıq Müseyib hələ də qəlblərdə yaşayır.

Aşıq Müseyib Göyçə Mahalındandır. Sənətkar ailəsində dünyaya göz açıb. Yəni təfəkkürü durulanda evlərində saz görüb, saz havaları eşidib, məftun olub. Bu heyranlıq onu Aşıq sənətinə bağlayıb. Məhz o heyranlığın nəticəsi idi ki, o, hər kəsi səsinin ahəngində sehrə sala bilirdi. Zil və məlahətli səsi var idi. O səsə qulaq asanların canındakı ağrılar bir-bir əriyib yox olurdu. Mən Aşıq Müseyibi belə çözdüm, belə tanıdım və belə hörmət edirəm. 

Aşıq Müseyib yaradıcı aşıq idi. Yəni özünün də çoxlu şeirləri var idi. Mən bu yazıda onun əsasən qoşmaları və gəraylıları barədə qısa təhlil vermək istəyirəm. Məsələn, Aşıq müseyib “Göyçədən” adlı qoşmasında yazır:

 

Bü günün, dünənin söhbəti deyil,

Hüseyn Arif, dağılmışıq Göyçədən.

O gördüyün Cildən əsər qalmadı,

Hüseyn Arif, dağılmışıq Göyçədən.

 

Bu poetik misralarda sinəsi dərdli aşıq ata-baba yurdu Göyçədən didərgin düşdüyünü ərz edir və sanki bu ağrını Hüseyn Arifə şikayət kimi ismarlayır.

Şeirin davamında oxuyuruq: 

 

Nə Atilla gəldi, nə Soltan Səlim,

Yüz yerdən, min yerdən doğrandı əlim.

Keçdi əldən-ələ, puç oldu ləlim,

Hüseyn Arif, dağılmışıq Göyçədən.

 

Yəni düşmən bizi eldən-elatdan aralı salanda köməyimizə kimsə gəlmədi, biz də ağlar qaldıq, anamız Göyçə də.

Aşağıdakı misralarda da biz bu ağrı-acını aydın sezə bilirik:

 

Siz yadda saxlayın bu həqiqəti,

O yeri heç kimə vermərik qəti.

Bu, doğru sözümdü, biz müfəqqəti

Hüseyn Arif, dağılmışıq Göyçədən.

 

Aşıq Müseyibəm, can qardaşlarım,

Sultan qardaşlarım, Xan qardaşlarım.

Köməyə gəlmədi qan qardaşlarım,

Hüseyn Arif, dağılmışıq Göyçədən. 

 

Əslində, aşıq şikayətlənir, ancaq onun və yurddaşlarının yaşadıqları bir tale işidir, bəlkə də Allahın sınağıdır. Ancaq Aşıq Müseyib bu vəhşəti əbədi sanmır, Göyçədən müvəqqəti ayrıldıqlarına inam ifadə edir.

 

Əlimiz o yerdən çətin üzülər,

Beçənin şan balı bir də süzülər.

Süfrəmizə əlvan-əlvan düzülər

Pendiri, qaymağı, yağı Göyçənin.

 

Bu misralarda da Göyçəyə nə vaxtsa qayıtmaq inamı diqqət çəkir, yenə də göyçəlilərin Göyçəli günlərə sarılacaqlarını qətiyyətlə deyir. 

 

Müseyib, qartallar min oyun açar,

Yarasa işıqdan qaçdıqca qaçar.

Arı şirə çəkər, kəpənək uçar,

Yenidən gül açar bağı Göyçənin.

 

Ölməz aşıq “Yenidən gül açar bağı Göyçənin” deməklə içində düyünlənmiş Göçə həsrətinə nə vaxtsa son qoyulacağı qənaətini soydaşlarına ərz edib. Bu inam əlbəttə, bir gün gerçəkləşəcək.

Aşıq Müseyib yaradıcılığında Xalq şairi Hüseyn Arifə geniş yer ayrılıb:

 

Bir az qıvraq tərpən, aşıq Müseyib,

Səninlə görüşə Hüseyin gəlib.

Durub dayanmayıb mənzil başında,

Bakıdan Bakıya çox yeyin gəlib.

 

Bu bənddə Hüseyn Arif şəxsiyyəti, aşağıdakı misralarda isə aşığın öz sənət uğuru aydın xarakterizə olunur:

 

Sənət aləmində gəzmədin boşa,

“Qaragöz” havanla sən gəldin xoşa.

Səs-səsə, söz-sözə dayanın qoşa,

Sənin gücün gəlib, bil, heyin gəlib.

 

Həyatı dostlarla, güclü el sənətkarları ilə keçən Aşıq Müseyib el şairi Bəhmənə, dəyərli insan Həsən Xəyallıya, bir də əzəmət qayası hesab etdiyi Zəlimxan Yaquba həmişə ehtiram göstərib, ürəyində onlara saf sevgi bəsləyib. Aşağıdakı misralarda da biz bunu aşkar görə bilirik:

 

Bəhmən lövbər salıb sənin canında,

Həsən Xəyallımız gəzir qanında,

Şair də burdadı, Zəlimxanın da,

Bizdən nə gileylən, nə deyin, gəlib.

 

***

 

Minnətdaram sizə, Zəlimxan Yaqub,

Mənimlə görüşə gələn siz olduz.

Hüseyin çiynimdən aldı yükümü,

Dərdimi, tən yarı bölən siz olduz.

 

Bu bənddə də görünür ki, Aşıq Müseyibin Zəlimxan Yaquba dərin dostluq sevgisi olub, Hüseyu Arifi və onu özünə dərddaş, sirdaş hesab edir. Onun Zəlimxan Yaqubun yazdığı şeirə cavabında da bu, özünü göstərir.

 

Alovlandı, oda düşdü yenidən,

Dodaqlarda dada düşdü yenidən,

Dostu xanım yada düşdü yenidən,

Dilqəm deyə-deyə ölən siz olduz.

 

Bu misralarda da dostluğa, həyata və insanlara sadiqlik nümunəsi bədii məzmun kəsb edir.

 

Bir məhəl qoymadı naləyə, səsə,

Zil üstə kökləndi, enmədi pəsə,

Bu, bir həqiqətdi, bilin, hər kəsə

Qucaq-qucaq verdi dərdi bu dünya.

 

Dünya mövzusu da Aşıq Müseyib şeirinin əsas hədəflərindəndir. Onun yuxarıdakı misralarında oxucu bunu aydın görür. Dünya onun nəzərində insan qucaq-qucaq dərd verən geniş əhatədir.

 

Müseyib, qocaldır torpağı, daşı,

Bir anda, bir gündə kəsmir savaşı,

Cığallıq eyləyir hər addım başı,

Fitnədi, böhtandı, şərdi bu dünya.

 

Dünyanın şər-fitnə olduğu Aşıq Müseyib şeirinin ədəbi predmetidir. Onun dünya səciyyəli şeirlərinin mayası, mahiyyəti bu zərurətdir. 

Aşıq Müseyibin gəraylıları da maraqlı quruluşdadır. Oxucularımızı onun gəraylılarından bəzi nümunələrlə tanış etmək istəyirəm:

 

Sahib durub taxta-taca,

Qucaq açıb toxa, aca,

Vətənimin bir balaca

Obasına qurban olum.

 

***

 

Müseyibəm, közünə yox,

Görkəminə, gözünə yox.

Gözəllərin özünə yox,

Anasına qurban olum.

 

Bu gəraylıda ədəbi məğz insan sevgi hissidir. Bu hissin içində daxili aləmlər çox parıltılı görünür. Bu da Aşıq Müseyib şeirinin ictimai təzahürüdür.

Aşıq Müseyibin ictimai kəsəri çox kəskin və ədəbi səciyyəsi çox çılğın olan şeirləri də az deyil. Məsələn?

 

İsrafil ney çaldı, neyə çəkildiz,

Tanrı deyə-deyə göyə çəkildiz,

Siz kənddən, kəsəkdən niyə çəkildiz,

A köhnə kişilər, köhnə kişilər!?

 

Siziydiz bu kəndin andı, inadı,

Sizsiz Müseyibin sındı qanadı,

Səsiniz hələ də qulağımdadı,

A köhnə kişilər, köhnə kişilər!

 

“A köhnə kişilər, köhnə kişilər!” şeirində biz bu məqsədi tam mənada aça və görə bilirik. Şeirdə o kişilərin qınaq hədəfi olması özü də bir maraqlı nüans yaradır: o köhnə kişiləri çoz uzaq səmtlərə nə və hansı hislər apardı? Bax, bu, bizim özümüzü də çox düşündürür. 

 

Müseyib, yaranmış eyləmir nəyi,

Əlindən buraxmır bircə kələyi,

Acı rüzügarın acı küləyi

Bağçamda çiçəyə, gülə dəyməsin

 

“Dəyməsin” rədifli şeirdə də həyatı acı rüzgarlara tuş salan tale israrları diqqət çəkir və biz oxucu olaraq bu şeirdəki  hənirtini duyuruq.

 

Tanrı başımıza yağdırdı dolu,

İtirdik babamız saldığı yolu,

Zodun, Ağkilsənin bağlandı qolu,

Dağıldı Göyçəmiz, Cil hayıf oldu.

 

Çıxdım eyvanımdan qar yağa-yağa,

Sanki varlığımı bükdülər ağa,

Doxsan gün qalmışdı tamamlanmağa,

İl başa yetmədi, il hayıf oldu.

 

Bu şeirin də mayasında yuxarıdakı vəziyyət və ona zəmin yaradan qeylü-qal var. 

Aşıq Müseyibin “Qurban olum” gəraylısında da həyat-tale zəminləri ədəbi ovqat yaradıb, oxucuda doğru-dürüst düşünmək üçün əsas yaradır:

 

Vətən, sənin ay-ulduzlu

Bayrağına qurban olum.

Öz xalqına dayaq duran

Dayağına qurban olum.

 

Kainatı göy saxlayır,

Əyriləri düz saxlayır,

Dünya bizi soraqlayır,

Sorağına qurban olum.

 

Zülmətə ağ varaq tutan,

Şər qüvvəni iraq tutan,

Gecə-gündüz çıraq tutan

Çırağına qurban olum.

 

“Şair” şeirində də zamanın doğurduğu acı-şirin təssüratlar bədii məzmun kəsb edir, bizi bir anlıq uzaq səmtlərə aparır:

 

Vaxtsız saçlarına tökülən bu qar,

Dünyanı başıma eyləyibdi dar,

Siz mənə inanın, xəbərimiz var,

Dolanıb keçsəniz haradan, şair!

 

Sevdik dilinizi dillər içində,

Yeriniz görünür ellər içində,

Bu aylar içində, illər içində

Seçə bildik ağı qaradan, şair!

 

Əlbəttə, bu gün tam mənada demək olar ki, Aşıq Müseyib yaradıcı aşıq kimi Azərbaycan Aşıq sənətinin və poeziyamızın inkişafında misilsiz rol oynayıb, onun bir-birindən dəyərli ifaları indinin özündə də qulaq asanları heyran edir.

Biz Aşıq Müseyib şeirini nə qədər təqdir etsək də, onun yazı tərzinin, düşüncəsini, poetik əhvalını olduğu kimi çözə bilmərik. Biz sadəcə, bu ölməz sənətkarın yaradıcılığına işıq salır, hər yazımızla ona bir vəfa borcumuzun olduğunu düşünürük. Elə bu yazını da Aşıq Müseyib şəxsiyyətinə bir borc, bir ehtiram nümunəsi kimi qəbul edirəm. 

Nəriman Həsənzadə,
Xalq şairi







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031