"Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır" - Ceyhun Bayramov
Azərbaycan COP29 sədrliyi zamanı Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında çıxışı zamanı deyib.
O, həmçinin COP29-un öz növbəsində Mərkəzi Asiya və Ərəb ölkələri ilə alternativ enerji, iqlim yönümlü kənd təsərrüfatı və təbii fəlakət risklərinin öyrənilməsi sahələrində əməkdaşlıq üçün platforma rolunu oynayacağını da diqqətə çatdırıb.
ZÜMRÜD