Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirildi - Saxlananlar var
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya – Karantin Mərkəzində əməliyyat keçirib.
Məlumata görə, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.
Faktı Baş Prokurorluqdan KİV-ə təsdiqləyiblər.
Bildirilib ki, məsələ barədə ətraflı məlumat veriləcək.
ZÜMRÜD