Kütləvi məzarlıqlarda tapılmış daha 9 nəfərin kimliyi bilindi
Kütləvi məzarlıqlarda tapılmış daha 9 nəfərin kimliyi müəyyən olunub. Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu şəxslər Ağdam və Şuşa, Xocavənddə tapılan kütləvi məzarlıqlarda tapılan şəxslərdir.
“Onların ailələrə təhvil verilməsi prosesi təşkil olunacaq. Onların dəfn prosesi ailələrin arzusuna uyğun olaraq həyata keçiriləcək”.
Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin kimliyi müəyyən edilmişdi.