KÖHNƏ VERSİYA            

Paşinyanı devirmək üçün Rusiyadan təminat istənilir...

Image

Məlum olduğu kimi, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın İspaniyanın Palma şəhərində Avropa İttifaqı parlamentlərinin sədrləri konfransında səsləndirdiyi bəyanatlarla bağlı Ermənistan parlamentinə məktub göndərib. 

Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan “konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu” nəzərə alaraq, Ermənistanın Ukraynanın, həmçinin Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləmək istədiyini bildirib. Ermənistan parlamentinin spikeri bununla kifayətlənməmiş və bəyan etmişdi ki, Rusiya Ermənistan üçün Azərbaycan qədər təhlükə təşkil edir: “Rusiya təhdid və dezinformasiya kampaniyaları təşkil edir. Narahatlıq doğuran budur ki, Rusiya hökumətinin bir çox vəzifəli rəsmiləri Ermənistana maraqlarını diqtə edir və erməni xalqının adından danışırlar. Bunun parlaq nümunəsi Brüsseldə Ermənistanın baş naziri, Avropa Komissiyasının rəhbəri və ABŞ dövlət katibinin üçtərəfli görüşü ilə bağlı Rusiyanın və Azərbaycanın Ermənistan üzərinə həyata keçirdiyi hibrid hücumudur”.

Bunlar fonunda Karasinin məktubunda Ermənistan parlamenti sədrinin çıxışının Rusiya ictimaiyyətinin mənfi reaksiyasına səbəb olduğu qeyd edilir: “Vətəndaşlarımızdan Simonyanın açıq-aşkar anti-Rusiya bəyanatlarının Ermənistan Milli Assambleyasının rəsmi mövqeyini əks etdirib-etdirmədiyini aydınlaşdırmaq üçün çoxsaylı müraciətlər almışıq. Bununla əlaqədar olaraq, Ermənistan parlamentinin sədrinin sözügedən tədbirdə kimin adından çıxış etdiyinə aydınlıq gətirməyinizi, həmçinin onun söylədiklərinin Rusiya ilə Ermənistanın müttəfiqlik münasibətlərinə nə dərəcədə uyğun olduğunu bildirməyinizi xahiş etmək istərdim”. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb. Matviyenko Simonyanın artıq bütün “qırmızı xətləri” keçdiyini bildirib: “Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o kimin adından bu cür süjetlər səsləndirib? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Biz bu cür rusofob çıxışı nəzərdən qaçıra bilmərik. Mən Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, o kimin adından danışıb və Ermənistan parlamenti bu "sxodka"da səslənən qiymətləri bölüşürmü? Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq. Sadəcə, həmkarımız üçün ayıbdır ki, o artıq bütün “qırmızı xətləri” keçib”. Simonyanın Matviyenkoya cavabı gecikməyib: “Konfransın mövzusu “Rusiyanın Ukraynanı qanunsuz işğalı” idi, təsadüfən onları incitməmək üçün “qanunsuz” sözünü işlətmədim, lakin mənim çıxışımda beynəlxalq hüquqa, onların bəyanatlarına, imzaladıqları sənədlərə zidd heç nə yoxdur. Belarus və Türkiyə də yeni ərazilərin Rusiyaya daxil olmasını tanımır. Eyni zamanda, Türkiyə Prezidenti Krımı da tanımadığını xüsusilə vurğulayır. Mən başa düşmək istəyirəm: gücləri yalnız bizə çatır? Problem ondadır ki, onlar Ermənistanın müstəqil dövlət kimi fəaliyyət göstərməli olduğunu dərk etmirlər. Onların fikrincə, biz hələ də əyalət olaraq qalırıq. Təəssüf edirəm ki, erməni və rus xalqları arasında dostluqdan danışarkən “erməni soyqırımı”nın adı bircə dəfə də çəkilmir. Dostluqdan dəm vuran həmkarlar “ermənilərin soyqırımı”ndan heç nə yazmırlar. Bəs çoxəsrlik dostluq nə oldu?”. 

Xatırladaq ki, bundan əvvəl də Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada erməni diasporasının nümayəndələri ilə görüşdə demişdi ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil: “Mən çoxdan demişəm ki, bu məsələdə Ermənistan Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bizim üçün çox ağrılıdır ki, bu situasiyaya təsir edə bilmirik. Ukrayna xalqı bizə dost xalqdır”. Ermənistanın baş naziri vurğulamışdı ki, 1991-ci il tarixli Almatı Bəyannaməsi təkcə Ermənistana yox, həm də onu imzalamış bütün keçmiş Sovet İttifaqı respublikalarına, o cümlədən Rusiya və Ukraynaya da aiddir. O demişdi ki, bu sənədi imzalayan respublikalar o vaxt üçün mövcud sərhədləri qarşılıqlı və hamılıqla tanıyıblar. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin isə qeyd edir ki, bu yanaşma fonunda Alen Simonyan Ermənistanın Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü hərarətlə dəstəklədiyi ilə başladı: “Çıxışında o, Rusiyaya hücum edib. Onun sözlərinə görə, Rusiya erməni cəmiyyətini terrora məruz qoyur, daxili işlərə qarışır və indi onlar öz ərazilərində Rusiya kanallarının yayımını qadağan etməyə məcburdurlar. Bu, hakimiyyətin Rusiyaya qarşı formalaşdırdığı münasibətdir”. Bunlar fonunda Ermənistanın “Qraparak” nəşri yazır ki, indi radikal erməni müxalifəti Rusiyanın köməyi ilə Paşinyan iqtidarını devirməyə daha çox ümid edir: “Sərhədlərin delimitasiyasından sonra başlanan etiraz aksiyaları müxalifətin ümidlərini daha da artırırb. Əsas təşkilatçısı “Hayastan” bloku olan etiraz aksiyaları davam etsə də, müxalifətin ortaq planı olmadığından, o qədər də geniş vüsət almır. Ermənistanın parlament müxalifətinin 2 qanadı hələ də birləşməyib. Bizə deyiblər ki, dəqiqləşdirilməli olan bəzi məsələlər var. Məlum olur ki, müxalifətçilər hakimiyyətin Qarabağı keçmiş hakimiyyət nümayəndələrinin təhvil verdiyi və hakimiyyət dəyişikliyi olacağı təqdirdə Rusiya ilə Azərbaycanın Ermənistanı boşaldacağı ilə bağlı təbliğatına ciddi yanaşırlar, buna görə də hakimiyyət dəyişikliyi üçün müraciət təqdim etməzdən əvvəl diplomatik kanallar vasitəsilə Rusiyadan aydınlaşdırmaq və Qarabağda baş verənlərin Ermənistanda baş verməyəcəyi ilə bağlı zəmanətlər almaq, sonra radikal mübarizəyə başlamaq qərarına gəliblər”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031