KÖHNƏ VERSİYA            

Əfv aktları hüquqi dövlət quruculuğunda vacib instituta çevrilib - mayda əfvin yeni mərhələsi ola bilər...

Image

Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində çox uğurlu işlər həyata keçirilib və keçirilməkdə də davam edir.

Qanunvericilik sahəsində dərin islahatların həyata keçirilməsi sayəsində vətəndaş cəmiyyətinin inkişafı, eyni zamanda da hüquqi dövlət quruculuğu  yönündə böyük işlər görülüb. 

Azərbaycan hüquqi dövlət və humanizm ideallarına sadiqliyini daim təsdiqləyən addımlar atıb. Bildiyiniz kimi, hələ illər əvvəl, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölüm hökmünün ləğvinə nail olunub. Belə ki, 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə Əfv Komissiyasının bərpası, 1998-ci ilin 10 fevralında ölüm cəzasının tam ləğvi baş verib. H.Əliyevin dövründə əsası qoyulan əfv institutu bu gün geniş şəkildə inkişaf etməkdədir. Bu da hüquqi dövlət quruculuğu sahəsində Azərbaycan dövlətinin atdığı addımlarla bağlıdır. 

Ümumiyyətlə, müstəqillik tariximizə nəzər salsaq görərik ki, 1995-2003-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmani, 7 amnistiya aktı imzalanıb. Bunun nəticə­sində 3 mindən artıq şəxs bağışlanıb, cə­zadan azad edilib, 78 mindən çox insana amnistiya şamil edilib, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissə­sindən azad edilib. 

İllərdir formalaşan əfv ənənəsi… 

Müstəqil Azərbaycanda əfv aktları hüquqi dövlət quruculuğunda vacib instituta çevrilib. Bir sıra ekspertlərə görə, mayda əfvin yeni mərhələsi ola bilər... Əlbəttə, bunu minlərlə ailə böyük səbrsizliklə gözləyir.

Məlumat üçün bildirək ki, müstəqillik tariximizin ən böyük əfvi keçən ilin mayında baş tutdu. Belə ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı cəmiyyətdə böyük rəğbətlə qarşılandı və son illər tariximizə müstəqillik dövrünün ən böyük əfvi olaraq düşdü.

Azərbaycan dövləti humanizm prinsiplərinin bərqərar olmasına xidmət edən, xalqın hakimiyyətə və ədalətə etimadını artıran ənənəvi siyasəti davam etdirir. Bildiyimiz kimi, müstəqillik dövründə insan haqlarının qorunmasına, ümumbəşəri dəyərlərin möhkəmlənməsinə və onların daha da inkişafına xidmət edən əfv və amnistiya aktları cəmiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir. Ekspertlərə görə, hər bir vətəndaşın həm də bir fərd kimi mənafeyinin əsas götürüldüyü hüquqi və sivil dövlət prinsiplərinə həssas yanaşmanın təcəssümü sayıla biləcək bu mühüm sənədlərin ərsəyə gəlməsi artıq ənənə halını alıb.

Bildirək ki, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Məlumata görə, bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadın­lar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri və s. ilə bağlı müraciətlərə baxılacaq. 

Qeyd edilənə görə, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb. Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. 

Məlumatlara görə, qarşıda növbəti əfv sərəncamı gözlənilir. Bir sıra ekspertlərə görə, bu il də əfvedilənlərin olacağı gözləniləndir. 

“Bu, hüququn aliliyinin canlı təzahürü, demokratik dövlətin vətəndaşlarına verdiyi bir şansdır” 

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əfv etmə ölkəmiz və ölkə vətəndaşları üçün mühüm əhəmiyyət daşıyır: “Əfv dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən təqvim günlərində həyata keçirilən bir hümanizm aktıdır. Əfv etmə Prezidentin səlahiyyətinə aiddir. Bu da hüquqi və demokratik dövlət anlayışına tamamilə uyğundur. Əfv etmə fərdi qaydada müəyyən edilir və fərd barəsində Prezident tərəfindən həyata keçirilir. Burada müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad oluna, yaxud təyin olunan cəzanın müddəti azaldıla, belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz oluna bilər.  Deyim ki, ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilər. Hətta burada məhkum olunan şəxslərin məhkumluğunun da götürülməsi mümkündür”-deyə Ş.Əliyev qeyd etdi. 

Hüquqşünasın sözlərinə görə, əfv etmə humanizmə, insanlığa, hüququn prinsiplərinə tamamilə uyğundur.  “Bu, hüququn aliliyinin canlı təzahürü, demokratik dövlətin vətəndaşlarına verdiyi bir şansdır. Onlar dövlət tərəfindən əfv olunur, onların törətdiyi cinayətlər bağışlanır. Dövlətin bu humanist addımından yetər ki, vətəndaşlar nəticə çıxarsınlar. Gələcəkdə cinayətlərə rəvac verməsinlər, ictimai münasibətlərə zidd davranmasınlar, ictimai həmrəylikdə bulunsunlar, bir-birinə dəstək versinlər. Çünki yaşadığımız cəmiyyətdə hər kəsin bir-birinə ehtiyacı var. Bu baxımdan düşünürəm ki, əfv etmə kifayət qədər dərin düşünülən, Prezidentin səlahiyyətlərinə aid olan bir məsələdir”-deyə Ş.Əliyev bildirdi.

Müsahibimiz vurğuladı ki, Azərbaycan dövləti hər zaman humanizm prinsiplərini yüksək tutub və öz vətəndaşına böyük dəyər verib. O hesab edir ki, bütün hallarda əfv prosesi insanlığın tərəqqisinə xidmət edir. Azərbayanda illərdən bər əfv institutunun  formalaşdığını deyən hüquqşünas hesab edir ki, bu, dövlətin vətəndaşa verdiyi dəyərin, hümanist yanaşmanın təzahürüdür. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031