Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib
Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi işlər və Xarici Əlaqələr Komitəsinin sədri Yasemin Öztürkü Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova qəbul edib.
Bizimyol.info xəbər verir ki, parlamentdən verilən məlumata görə, iclasda Bakıda olan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay və Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan parlamentlərinin Xarici əlaqələr komitəsinin sədri də iştirak edib.
Yasemin Öztürk görüşdə verdiyi açıqlamada türk dünyasının ayrılmaz hissəsi olan ŞKTC-nin Azərbaycandakı prosesləri yaxından izlədiyini və Qarabağda qazanılan qələbənin onlar üçün də böyük qələbə olduğunu qeyd edib. Öztürk aprelin 5-də Milli Məclisdə Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun yaradılmasının təsdiqini tarixi hadisə kimi qiymətləndirib.
“Dostluq qrupunun yaradılmasına görə Milli Məclisin sədri kimi Sizə və hörmətli deputatlarınıza Respublika Məclisinin sədri Zorlu Törə və bütün dövlət rəhbərliyi, eləcə də bizim parlamentin bütün deputatları adından minnətdarlığımı bildirirəm”, - deyib.
SAMİRƏ