Köçəryanın var-dövləti əlindən alınır...
Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan eks-prezident Robert Köçəryanın və onunla əlaqəli 7 nəfərə məxsus 25 vahid daşınmaz əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edib.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş prokuror həmçinin Köçəryanın 5 avtomobilinin, 16 erməni və xarici hüquqi şəxsdə iştirak payının, 4 milyon dollardan çox depozit qiymətli kağızlarının müsadirə olunmasını istəyib.
Həmçinin, Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində iştirakı dayandırıla bilər.
Bundan başqa, Ermənistan Baş prokurorluğu "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan və onunla əlaqəli şəxslərə məxsus 79 ədəd daşınmaz əmlakın və 42 ədəd nəqliyyat vasitəsinin də müsadirəsini tələb edib.
TAHİR