Beynəlxalq Məhkəmə İsrail və HƏMAS lidelərinin həbsinə orderlər hazırlayır?...
Beynəlxalq Cinayət Məhkəməsi HƏMAS lidelərinin həbsinə orderlər hazırlayır. Trend xəbər verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan başqa, qeyd olunub ki, Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı münaqişə ilə bağlı ittihamlarla əlaqədar olaraq İsrailin bir sıra yüksək vəzifəli dövlət məmurlarının həbsinə də order verə bilər.
Nəşr yazır ki, İsrail rəsmiləri Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaqda və HƏMAS-ın 7 oktyabr tarixli hücumuna hədsiz sərt reaksiya verməkdə ittiham oluna bilər.