Rusiyada polisə silahlı hücum olub, 4 nəfər vəfat edib
Rusiyada polis əməkdaşlarına hücum olub. Rusiya mediasının məlumatında deyilir ki, Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.
Məlumatı Rusiya Daxili İşlər Nazirliyinin yeli idarəsi təsdiqləyib. Məlumata görə, aprelin 29-da gecə saatlarında “VAZ-2109” markalı maşından müvəqqəti polis postu istiqamətində partlayıcı tulladıqdan sonra avtomat silahından atəş açmağa başlayıblar. Bildirilib ki, hadisə yerindən əldəqayırma bomba aşkarlanıb.
Mətləb Salahov