"Rusiya ordusu Ukraynada ciddi problemlərlə üzləşə bilər" - ABŞ İnstitutu
Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Rusiyanın Xarkov şəhərini ələ keçirmək üçün potensial gələcək hücumu ordu üçün ciddi çətinliklər yarada bilər: “Nəzərə almaq lazımdır ki, Xarkovun ələ keçirilməsi cəhdləri son dərəcədə iddialı təşəbbüsdür”.
Bildirilib ki, ABŞ-ın ayırdığı hərbi yardım Ukraynaya çatandan sonra Rusiya daha güclü Ukrayna ordusu ilə üzləşəcək. Həmçinin vurğulanıb ki, Rusiya ordusu keçmiş əməliyyatlardakı səhvlərdən dərs çıxarır.
Mətləb Salahov