Şimali Koreya ordusu yolu minalayıb
Şimali Koreya hərbçiləri Koreya Respublikası ilə sərhəddə, demilitarizasiya zonasında yolu minalayıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Minalar Çeorvon dairəsi yaxınlığındakı torpaq yola basdırılıb. Yol 2018-ci ildə Koreyalararası razılaşma əsasında ərazidə həlak olan əsgərlərin qalıqlarının çıxarılması üçün birgə səyləri asanlaşdırmaq üçün salınmışdı.
Mətləb