"Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır" - Prezident İlham Əliyev
Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı deyib.
Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.