Kadırovun vəziyyəti getdikcə pisləşir - Onu əvəz edə biləcək 4 namizəd kimdir... ŞOK İDDİA...
Putinin ən etibarlı adamlarından biri olan Çeçenistan lideri Ramzan Kadırov haqqında diqqətçəkən bir iddia ortaya atılıb. Almaniyanın ən çox oxunan qəzetlərindən olan "Bild" Rusiya mətbuatına istinadən, Kadırovun ötən il yaşadığı səhhətindəki problemin çox ciddi olduğunu iddia edilib.
2023-cü ilin sentyabrında kəskin ağciyər çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilən Kadırovun səhhətinin yaxın ətrafının narahatlığına səbəb olduğu bildirilir. Qeyd edilir ki, Kadırovun ağciyərlərindən əlavə mədəaltı vəzi və böyrəklərində də problemlər var.
Rusiya qəzeti yazır ki, Kadirovun səhhətindəki problem Kreml üçün böyük siyasi risqdir və Çeçenistanda qəfil vəzifə dəyişikliyi olacağı təqdirdə ssenarilər də hazırdır.
Kadırovun öləcəyi təqdirdə bölgədə hakimiyyətə gəlmək üçün qarşıdurmaların ola biləcəyini bildirən əzet yazır ki, keçən il üsyana qalxan "Vaqner" muzdluları kimi minlərlə çeçen əsgəri də Moskvaya qarşı üsyana qalxa bilər.
Kreml rəhbərliyinin güclü və sadiq lider axtarışında olduğu bildirilən xəbərdə Kadırovun yerinə keçə biləcək bəzi şəxslərin adları da açıqlanıb.
Rusiya mediası Kadırovun böyük oğlu Əhmədin idarəçiliyə keçə biləcəyini iddia edib. “Novaya qazeta” yazıb ki, Əhməd mart ayında Kremldə Putinlə görüşüb və o zaman Kadırov ailəsinin növbəti lideri kimi təqdim edilib.
Digər tərəfdən, başqa variant Kadırovun üçüncü oğlu Ademdir... Ademin özünü “İslamın qoruyucusu” kimi təqdim edən və sentyabr ayında Qurani-Kərimi yandırmaqda ittiham olunan şəxsi döyən görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadırovu əvəz edə biləcək digər şəxs isə Kadırovun sağ əli kimi tanınan, Çeçenistan parlamentinin spikeri kimi tanınan 44 yaşlı Məhəmməd Daudovdur. “Novaya qazeta” yazıb ki, Ukrayna müharibəsinə əsgər göndərən şəxs Daudov olub.
Digər tərəfdən, Kadırovun yerinə keçəcəyi ilə bağlı şayiələr yayılan daha bir sima 54 yaşlı Adam Delimxanovdur. Rusiya parlamentində Çeçenistan üzrə məsul müavin vəzifəsini icra edən Delimxanovun Kremllə də sıx əlaqələri var. İnterpol 2009-cu ildən Delimxanovu qətldə şübhəli bilinən şəxs kimi axtarır.
Tahir TAĞIYEV