2022-ci ildə İstanbulda razılaşırılmış Rusiya-Ukrayna sülh sazişinin mətni yayıldı - Kiyev nələri qəbul edibmiş... ŞOK DETALLAR
2022-ci il aprelin 15-də İstanbulda keçirilən danışıqlarda Rusiya ilə Ukrayna arasında razılaşdırılmış saziş layihəsinin mətni ortaya çıxıb. Almaniyanın “Welt Am Sonnag” qəzeti yazır ki, bu sənədə əsasən, Moskva və Kiyev münaqişənin dayandırılması üçün şərtləri razılaşdırıblarmış. Ancaq bəzi məsələlərdə danışıqlar dalana dirənib.
Sənədə görə, Ukrayna 2022-ci il danışıqlarında aşağıdakıları qəbul edib:
- NATO da daxil olmaqla, istənilən hərbi alyansa üzvlükdən imtina edərək “daimi neytrallığı” saxlamaq;
- Nüvə silahı istehsal etməkdən və əldə etməkdən imtina etmək, öz ərazisində xarici qoşunlar yerləşdirməmək və sərhədlərindən silah keçirməyə imkan verməmək;
- Hava limanlarının və limanlar da daxil olmaqla infrastrukturun başqa dövlətlərin istifadəsinə verilməməsi;
- Xarici dövlətlər tərəfindən keçirilən hərbi təlimlərdə və hər hansı hərbi münaqişədə iştirakdan yayınmaq;
- “Faşizm, Nasizm və təcavüzkar millətçilik” ifadələrinin işlədilməsinin qanuni şəkildə qadağan edilməsi;
- Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin Rusiyanın nəzarətində qalması. Krım və Sevastopol limanlarının təhlükəsizlik əhatəsindən kənarda saxlanması. Xəbərdə “Bu, yarımadanın nəzarətinin Rusiyaya verilməsi demək idi” deyə bildirilir.
Bundan əlavə, Moskva Krım və Donbassın bir hissəsi istisna olmaqla, qoşunlarını Ukraynadan çıxarmağa hazır olduğunu bildirib. Qoşunların çıxarılmasının təfərrüatları birbaşa dövlət başçıları arasında müzakirə olunmalı imiş.
Ukrayna Silahlı Qüvvələrinin sayı məsələsi də həll olunmamış qalıb. “Əlavə 1”ə görə, Moskva Kiyevdən ordusunun sayını 85 min nəfərə endirməyi tələb edib, Ukrayna isə 250 min nəfərə təkid edib.
Bundan əlavə, tərəflər Ukrayna Silahlı Qüvvələrində qalmasına icazə verilən hərbi texnikanın miqdarı ilə bağlı da razılığa gələ bilməyiblər.
Bununla belə, danışıqlardan sonra Moskvanın yeni tələblər irəli sürdüyü, Kiyevin isə “Rus dilinin Ukraynada ikinci rəsmi dil olması, sanksiyaların ləğvi və beynəlxalq məhkəmələrdə işlərin geri götürülməsi” kimi tələbləri qəbul etmədiyi bildirilir, buna görə də liderlərin zirvəsi mərhələsi baş tutmayıb.
Tahir TAĞIYEV