Yeniyetmə taekvondoçularımız Prezident kubokunda 6 medal qazanıb
Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start verilib. Yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 idmançısı fəxri kürsüyə yüksəlib. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medala layiq görülüblər.
İradə SARIYEVA