Almaniyada rüşvətə bulaşan deputatların cəzası sərtləşdiriləcək - QƏRAR
Almaniya Bundestaqı korrupsiyada təqsirli bilinən deputatların cəzasının sərtləşdirilməsinə səs verib. “Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, müvafiq qərar hökumət koalisiyasına daxil olan partiyaların, eləcə də sağçı populist Almaniya üçün Alternativin (AfD) səsverməsi ilə qəbul edilib.
Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı fraksiyaları bəzi ifadələri çox qeyri-müəyyən hesab etdikləri üçün səsvermədə bitərəf qalıblar. İndiyədək parlament üzvü yalnız o halda məsuliyyətə cəlb oluna bilərdi ki, o, parlament fəaliyyətinin əsas sferasına daxil olan hərəkətlərə, məsələn, Bundestaqda konkret çıxışa və ya səsverməyə görə pul və ya başqa imtiyazlar alıb. İndi Cinayət Məcəlləsinin yeni maddəsində deputatların öz mandatlarından istifadə edərək Bundestaqın divarlarından kənarda iş aparmasına görə cəza nəzərdə tutulur.
Xüsusilə vəzifəsindən və deputat mandatından istifadə edərək, məsələn, mükafat müqabilində nazirliklərə təsir göstərən deputatlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. İndi onları və müştərilərini üç ilə qədər həbs və ya cərimə gözləyir.
Mətləb