Daha bir Afrika ölkəsi ABŞ qoşunlarını ölkədən çıxarır – öncə Niger, indi isə...
Çad hökumətinin ABŞ qüvvələrini ölkədən çıxarmağa hazırlaşdığı barədə xəbərlər yayılıb. Yerli media Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyini iddia edir.
Hətta Çad hökumətinin Vaşinqton rəhbərliyinə yazılı bildiriş göndərdiyi, iki ölkə arasındakı razılaşmanın ləğv oluna biləcəyi və Çadda yerləşən ABŞ qüvvələrinin ölkədən çıxarıla biləcəyi ifadə edilir.
Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, onların 100-ə yaxın olduğu təxmin edilir.
Mərkəzi Afrika ölkəsi Çadla bağlı iddiaların mayın 6-da keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl ortaya çıxması da diqqət çəkir.
Qeyd edək ki, Nigerdə hərbi hökumət keçən ay qəbul etdiyi qərarla ABŞ-la hərbi əməkdaşlıq müqaviləsinə xitam verildiyini açıqlayıb.
TAHİR