KÖHNƏ VERSİYA            

Kimlər “Vardanyanın qəhrəmanlaşdırılması” kampaniyasının oyuncaqları olacaq...

Image

Bakıda həbsdə olan qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “dövlət naziri” olmuş Ruben Vardanyan yenidən məqsədyönlü şəkildə diqqət mərkəzinə gətirilir. 

Onun 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərilməsi yönündə atılan addımlar da bu istiqamətdə ümumi cəhdlərin tərkib hissəsidir. Özü də bu o fonda baş verir ki, Ruben Vardanyan bütün fəaliyyətində terrorizmə, separatizmə, millətlərarası, xalqlararası münaqişəni alovlandırmağa çalışıb. 

Amma bütün bunlar arxa plana keçirilir, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan Vardanyan “xeyriyyəçilik və humanitar” fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilir. Amma Qərbin siyasi texnologiyalarına bələd olanlar bilməmiş deyillər ki, Vardanyan kimi bir terrorçunun bu sülh mükafatına namizəd göstərilməsinin arxasında başqa məqamlar durur. Bu xəbər meydana çıxan kimi Vardanyanın ailəsi onunla danışdıqları barədə məlumat yaydı. Onunla danışan qohumları iddia edirlər ki, Vardanyan, guya bu müddət ərzində tam təcrid olunmuş vəziyyətdə olub, ona hətta kitab oxumağa belə icazə verilmir. O da bildirildi ki, Ruben Vardanyan saxlandığı Bakı həbsxanasında aclıq aksiyası keçirir. O, özünün və digər separatçıların azad olunmasını istəyir. Bu fonda Vardanyanın pulundan yararlanan PR şirkətləri onun təbliğatına xüsusi diqqət yetriməyə başlayıblar. Halbuki, Vardanyan Qarabağ məsələsi ilə bağlı heç vaxt heç bir sülh təşəbbüsü ilə çıxış etməyib, əksinə, bölgənin erməni mənşəli sakinlərinin radikallaşmasında, rəsmi Bakının təklif etdiyi konstruktiv danışıqlardan imtina etməsində xüsusi rol oynayıb. Bundan başqa, o, Qarabağda süni şəkildə humanitar fəlakətin yaşanmasına birbaşa şərait yaradıb. Vardanyan avantürizmə üstünlük verərək terror çağırışları da edib. Azərbaycan dövləti Vardanyanın fəaliyyətini nəzərə alaraq onun haqqında qanuni şəkildə hüquqi müstəvidə ölçü götürüb. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və onun kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi. Konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi. Buna isə susmaq qeyri-mümkün idi. Əgər bu şəxs terror, qarşıdurma ilə bağlı çağırışlar edirsə, onun istəyi və mahiyyəti ortadadır.

Vardanyan təkcə Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verməsi ilə gündəmdə olub. Elə bu fonda Ruben Vardanyanın  sülh mükafatına namizəd kimi obrazının formalaşmasına Ukrayna Ali Radasının üzvləri də qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb. Bəyanatda Ruben Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel Sülh Mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. Ukrayna prizmasından hər şey aydındır, Ruben Vardanyan müharibəni dəstəkləyən şəxslərdən biridir və bu mənada Ukrayna üçün əliqanlı bir cinayətkar hesab edilir. Ruben Vardanyan təkcə Azərbaycana qarşı yox, həm də Ukraynaya qarşı təxribatların iştirakçısı və maliyyəçisidir. Amma maraqlı dairələr üçün bu iki danılmaz fakt o qədər də maraqlı deyil.  Burada bir məqamı da xatırladaq ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtinasını və Qarabağa köçməyini 2022-ci il sentyabrın 1-i yaydığı  videomüraciətdə açıqlayıb. O deyib ki, köçməyinə səbəb “Qarabağın təhlükəsizliyi və inkişafı üçün cəbhə yaratmaq qərarı” olub. Milyarderin sözlərinə görə, bu qərarı ağır da olsa, doğru qərardır. Ancaq o, Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında danışqlar prosesini pozan əsas fiqur oldu və Moskvada müəyyən dairələrə xidmət göstərdiyi üzə çıxdı. Azərbaycan prezidenti İlham Əliyev həmin vaxt bildirdi ki, Vardanyan “Moskvanın göndərdiyi” adamdır və Qarabağdakı ermənilərlə bağlı danışıqlar onunla aparıla bilməz. Dövlət başçısı Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel və Aİ-nin bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxsləri ilə görüşündə deyib: “Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”. İndi Vardanyanın təbliğinə səbəb, sözsüz ki, onun sərvətidir. 2024-cü ilin mart ayına olan məlumata görə, Vardanyan ailəsi 1,1 milyard dollar həcmində sərvətə malikdir. Ruben Vardanyanın yaxın illərdə öz biznes imperiyasına rəhbərlik edə bilməyəcəyini nəzərə aldıqda, onun sərvəti ətrafında, maliyyə resurslarına çıxış əldə etmək uğrunda mübarizə getdiyini sezmək olar. Şübhəli, mənşəyi bilinməyən konfidensial təşəbbüs qruplarının ortaya çıxması, Vardanyanın adı ətrafında piar quraraq gündəm yaradılması da məhz bu mübarizənin birbaşa nəticəsidir: Amma  bu riyakar plan sonda iflasa məhkumdur. Çünki heç bir reklam və piar kampaniyası Vardanyanın separatçı, qatil, qanunsuz əməllərin icraçısı kimliyini şübhə altına ala bilməz. Amma Vardanyanın pulları  ABŞ mediası və PR şirkətlərini daha çox maraqlandırır. Rusiya təhlükəsizlik orqanlarının agenti olan oliqarxa Qərbin bəzi dairələrinin, məsələn, USAİD, ABŞ-ın EDELMAN PR şirkəti və digərlərinin dəstək verməsi anlaşılan deyil.  Vardanyanın pulu müqabilində bu gün CNN kimi telekanalların onu “qəhrıman” obrazında təqdim etməsi da istehza doğurur. Ancaq bütün bunlar Qərb dairələrinin özünə etimadı sarsıdır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031