KÖHNƏ VERSİYA            

Paşinyanın “erməni soyqırımı” yanaşması müxalifəti özündən çıxardı...

Image

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərin “soyqırımı” anım günü kimi qeyd etdikləri 24 apreldə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı Türkiyə Erməni Kilsəsinin başçısı Sahak Maşalyana müraciətlə çıxış edib. 

Müraciətində o bildirib: “Osmanlı imperiyasının son illərinin, dinindən və etnik kökündən asılı olmayaraq – türk, kürd, ərəb, erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün ağrılarla dolu bir zaman olması unudula bilməz. Osmanlı imperiyasının hər bir vətəndaşı kimi ermənilərin də o dövrdə yaşadıqları iztirabları yad etməsini anlamaq və bunu paylaşmaq bir insanlıq vəzifəsidir”.

Türkiyə prezidenti deyib ki, 1915-ci il hadisələrilə bağlı fərqli baxış və düşüncələrin olması və bunların müzakirə edilməsi təbiidir. Bununla belə, Ərdoğan təəssüflə vurğulayıb ki, bundan ədalətsiz iddiaları səsləndirmək üçün fürsətlənənlər də vardır: “1915-ci il hadisələrindən Türkiyəyə qarşı bir bəhanə olaraq istifadə edilməsi və bunun siyasi qarşıdurma səviyyəsinə qaldırılması yolverilməzdir. Birinci Dünya müharibəsi əsnasında yaşanmış hadisələr hamımızın ortaq kədəridir. Bu ağrılı tarixə ədalətli yaddaş perspektivindən baxılması insani və elmi bir tələbdir”. Ərdoğan vurğulayıb ki, bu günün dünyasında tarixdən bir düşmənçilik və yeni qarşıdurmalar çıxarmaq üçün sui-istifadə yolverilməzdir. Türkiyə prezidenti 1915-ci il hadisələrinin tarixi baxımdan öyrənilməsi ehtiyacı məsələsinə də toxunub: “Bu məqsədlə biz Türkiyə Respublikası olaraq 1915-ci il hadisələrinin elmi bir şəkildə araşdırılması üçün ortaq bir tarix komissiyası qurulmasına çağırış etmişik. Bu çağırış hələ də qüvvədədir. Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı bu araşdırma 1915-ci il hadisələrinin aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli bir rol oynaya bilər”. Ərdoğan bildirib ki, Türkiyə tarixi araşdırmalar üçün bütün arxivlərini açıb və yüz minlərlə sənəd tarixçilərin istifadəsi üçün hazırdır: “Əcdadımızdan bizə miras qalan sülh və barış ab-havasının davamı yalnız birgə səylərimizlə mümkün ola bilər. Yaratdıqları mədəni və bəşəri əsərləri ilə Anadolu torpaqlarını zənginləşdirən erməni vətəndaşlarımızın əminamanlığı, rifahı və xoşbəxtliyi bugün də təminat altındadır. Heç bir erməni vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına və özünü vətənində ikinci növ insan kimi hiss etməsinə yol vermədik və verə bilmərik. Tarixdə yaşananları nifrət dilinə çevirmədən ağlın, vicdanın və elmin köməyi ilə həll etməyimiz önəmlidir”. Türkiyə prezidenti müraciətinin sonunda XX əsrin əvvəllərində baş vermiş hadisələrdə həyatını itirmiş ermənilərə, millətindən və dinindən asılı olmayaraq bütün Osmanlı vətəndaşlarına rəhmət oxuyub, onların övlad və törəmələrinə başsağlığı verib. Bu müraciət Ermənistanda da xüsusi diqqət mərkəzində yer alıb. Məsələ ilə bağlı politoloq Areq Koçinyan qeyd edir: “Bilmirəm, Ərdoğanın tələbi danışıqlar prosesində formalaşıb, yoxsa bu, sadəcə ictimai bir elementdir, ümid edirəm ki, ictimaidir. Bütün hallarda danışıqlar prosesinin tələblərindən biri də Azərbaycanla münasibətlərin tənzimlənməsidir və Ermənistan bu istiqamətdə təkcə Türkiyənin tələbi ilə deyil, həm də öz maraq və ehtiyaclarından çıxış edərək işləyir”. Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması və sərhədlərin açılması ilk növbədə təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir: “Başqa sözlə, Türkiyə ilə daha idarəolunan, yaxşı münasibətə malik olmaq sabit təhlükəsizlik vəziyyəti və Rusiyadan daha az asılılıq deməkdir. Bu, həm də Ermənistanı infrastruktur dalanı vəziyyətindən çıxaracaq, əslində sərhədlərimizin 80 faizi Azərbaycan və ya Türkiyə ilə bağlı olduğu halda, bu vəziyyətdən çıxmaq mümkün olacaq. Və nəhayət, regionda daha sabit birgəyaşayış vəziyyəti yaratmaq mümkün olacaq”.

Ermənistanın “Qraparak” nəşri isə yazır ki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırlması üçün “soyqırım” iddialarından vaz keçə bilər: “Türkiyə prezidentinin bəyanatlarından sonra əksəriyyətin fikrincə, Paşinyan Ərdoğanın təklifinə razılıq verəcək.  Qeyd edək ki, bu yaxınlarda gənclər üçün mühazirəsi zamanı Paşinyan israrla “soyqırımı” sözünü işlətməyib, onu “böyük qırğın” sözü ilə əvəz edib və bu tendensiya, demək olar ki, bütün dövlət qurumlarında da nəzərə çarpır”. Bu arada qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 24-də soydaşlarını ötən əsrin əvvəllərində Osmanlı imperiyasında baş vermiş qətliamın ağrı-acısına “üstün gəlməyə” və “itirilmiş vətən həsrəti ah-zarını” dayandırmağa çağırıb. Ermənistanda ermənilərin “soyqırım” adlandırdıqları 1915-ci il hadisələrinin 109-cu ildönümünün qeyd olunduğu bir gündə verdiyi xüsusi bəyanatda Paşinyan bəyan edib ki, uzun müddətdir davam edən bu iztirab onlara Ermənistanın real dünyada üzləşdiyi beynəlxalq hadisələri və çətinlikləri qiymətləndirməkdə mane olur: “Bəlkə elə səbəb də budur ki, biz “erməni soyqırımı”nın yaralarının közünü  qopartmağı irs və ənənəyə çevirməklə yeni sarsıntılar yaşamalı oluruq”. “Azatutyun” radiosu bildirir ki, baş nazirin bu bəyanatının müxalifəti hiddətləndirəcəyi, onun İrəvan və Ankara arasında yaxınlaşmaya çalışmaqla “soyqırımı inkar etməkdə” ittiham olunacağı qaçılmaz idi. Buna baxmayaraq, Paşinyanın indiyədək bu hadisə barəsində Ermənistan cəmiyyətində deyilənlərdən radikal şəkildə fərqlənən bəyanatı ölkədə minlərlə vətəndaşın İrəvandakı “Tsitsnakabert” xatirə kompleksinə axışdığı bir vaxtda səslənib. Gün ərzində davam edən bu mərasim əsnasında yüksəklikdə yerləşən xatirə ansamblına Paşinyanın, parlamentin spikeri Alen Simonyanın və prezident Vahaqn Xaçaturyanın iştirakı ilə rəsmi əklilqoyma mərasimi keçirilib.  Amma Erməni Kilsəsinin başçısı, katolikos II Qaregin bu il də rəsmi heyətə daxil edilməyib. “Azatutyun” yazır ki, belə görünür, Paşinyan son bəyanatında “Mets Yeğern” – “böyük cinayət” termininə daha çox vurğu edib. Onun 440 sözdən ibarət bəyanatında bu ifadə 11 dəfə, “soyqırım” sözü isə cəmi 4 dəfə işlədilib. Paşinyan I Dünya müharibəsi dövründə baş vermiş qətliamlara görə Osmanlı imperiyasına o vaxt başçılıq edən “gənc türklər” hökumətini ittiham etməyib. Baş nazir, əksinə, vurğulayıb ki, ermənilər bu hadisələrdə geosiyasi intriqaların və saxta vədlərin qurbanına çevriliblər: “Bizim üçün “Mets Yeğern” şəhidlərinin xatirəsinin yad edilməsi itirilmiş vətəni deyil, tapdığımız real Ermənistan Respublikasını simvolıizə etməlidir. Məhz bu rəqabət qabiliyyətli, legitim düşüncəli və yaradıcı siyasətləri ilə faciənin təkrarına imkan yaratmamalıdır”. Paşinyanın bəyanatında daha sonra deyilir: “Bir daha olmasın. Biz bunu başqalarına yox, özümüzə deməliyik. Və bu qətiyyən özümüzə qarşı ittiham yox, yalnız özümüzün öz taleyimizin sahibi olduğunu əks etdirən bir baxışdır”.

Bu ayın əvvəllərində iqtidaryönlü deputatlardan Andranik Koçaryan  Paşinyanın “soyqırımda həlak olanların adbaad tam siyashısının tərtibini” istədiyini demişdi: “Məqsəd sadədir. Biz 1.5 milyon soydaşımızın ünvanlarını və yerini bilməliyik. Bu bizim gələcək münasibətləri qurmağımız baxımından da vacibdir. Tarix aprelin 24-dür. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilməlidir. Əgər biz bunu belə sənədləşdirməsək, qarşı tərəf həmişə deyə biləcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də...”. 

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031