KÖHNƏ VERSİYA            

“Amnesty İnternational" Fransanı "sistemli irqçi" adlandırdı...

Image

Bəhruz Quliyev: “Bu beynəlxalq təşkilat haqlı olaraq Fransının insan hüquq və azadlıqları siyasətini tənqid edir, onu sistemli irqçi adlandırır”

Özünü həmişə süddən çıxmış ağ qaşıq sayan Fransanın paxırı bir-bir açılır. Təbii, Azərbaycan Fransanın  bütün şər əməllərini gündəmə gətirib ifşa edir. Son vaxtlara qədər Fransanın dövlət siyasətinə çevrilən irqi ayrıseçkilik, insan haqlarının pozulması, ksenofobiya kimi əməllərini dünya görməzdən gəlsə də, artıq görməyə başlayıb. 

Belə ki, Beynəlxalq Amnistiya Təşkilatı - Amnesty İnternational Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda ittiham edir.

Təşkilat illik hesabatında Fransada pensiya islahatlarına etiraz nümayişləri zamanı həbslər, qadağalar və güc tətbiqi kimi qeyri-qanuni hallara diqqət çəkərək, Fransa hakimiyyətini bir çox hallarda nümayiş hüququna həddindən artıq qeyri-mütənasib və qeyri-qanuni məhdudiyyətlər qoymaqda günahlandırıb. Bütün ilboyu çox sayda nümayişçinin həbs edildiyini xatırladaraq, təhlükəsizlik avadanlıqlarının, bannerlərin, dinamiklərin və digər əşyaların aqressiv şəkildə müsadirə olunduğunu qeyd edib.

Beynəlxalq təşkilat etiraz aksiyaları zamanı yerli hakimiyyət orqanlarının “ictimai asayişi pozmaq təhlükəsi” adı altında nümayişlərə qoyulan qadağaları, eləcə də nümayişləri dağıtmaq üçün güc tətbiqini, xüsusilə də dəyənəklərdən istifadəni sərt şəkildə qınayıb. Həmçinin irqçi, ksenofob xarakterli vandalizm aktları - məscidlərə, sinaqoqlara və qəbiristanlıqlara hücumlar pislənib.

Hesabatda müsəlman qadın və qızlara qarşı sistemli irqçilik və davamlı dini ayrı-seçkilikdən təəssüf ifadə olunub. Qeyd edilir ki, bir həftədə onlarla müsəlman qızın təhsil hüquqları pozulub və onlar məktəbə buraxılmayıb.

Eyni zamanda, Amnesty İnternational vurğulayır ki, qaradərili və ya ərəb gənclərə qarşı ayrıseçkilik xarakterli şəxsiyyət yoxlamaları institusional və sistemli irqçiliyin təzahürü olaraq yolverilməzdir. Hökumətin yanvar ayında təqdim etdiyi “irqçilik, antisemitizm və mənşəli ayrı-seçkiliklə mübarizə üzrə Milli Plan” isə bu çağırışlara cavab vermir.

Bu təşkilat Fransanı sistemli irqçi adlandırıb. 

“Fransada irqi və dini ayrıseçkilik adi hala çevrilib” 

"Son dövrlər müxtəlif beynəlxalq təşkilatlar öz hesabatlarında haqlı olaraq Fransanı tənqid edirlər. Təkcə 2023-cü və 2024-cü illərin ilk aylarını götürdükdə Fransada kütləvi şəkildə hakimiyətə qarşı yüzlərlə aksiya keçirilib. Aksiyaların səbəbləri pensiyaların, nəqliyyat, enerji, səhiyyə,  təhsil  və s. sahələrdə çalışanların əməkhaqlarının azlığıdır”. Bu fikirləri “Bakı-Xəbər”ə şərhində  SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev sözlərinə belə davam edib: “2023-cü ildə Fransanın bir sıra şəhər və əyalətlərində kütləvi aksiyalar keçirilib. Fransa hakimiyyəti isə onları dinləmək əvəzinə aksiyalara qarşı ən sərt tədbirlər həyata keçirir. Aksiyada iştirak edən dinc vətəndaşlara qarşı ən sərt, amansız cəza üsulları tətbiq edir.  O cümlədən, dəyənəklər, itlər, gözyaşardıcı qazlar və su təzyiqlərindən istifadə olunur. Bütün bunlar onu göstərir ki, orada insan hüquq və azadlıqlarının pozulması adi hala çevrilib. 

Təkcə 2024 -cü ildə müxtəlif əyalətlərdə 200 aksiya keçirilib. Bu onu göstərir ki, hakimiyyət idarəolunmaz vəziyyətdədir. Amma buna baxmayaraq, Fransa hökuməti xaricdə öz istəyini həyata keçirmək üçün müxtəlif yollarla terroru, işğalçılığı və separatçılığı dəstəkləyir. Bu o deməkdir ki, Fransanın xaricdə və daxildə apardığı siyasət sıfırdır, məhvə məhkumdur. Yəni bu beynəlxalq təşkilat haqlı olaraq Fransının insan hüquq və azadlıqları siyasətini tənqid edir, onu sistemli irqçi adlandırır.

Fransada irqi və dini ayrıseçkilik adi hala çevrilib. Hətta bununla bağlı misal olaraq qeyd edim ki, dəfələrlə məscid, məbəd, qəbiristanlıq və sinoqoqlara hücumlar olub. Hakimiyyətin özünün hazırladığı qruplar tərəfindən bu cür hadisələr  törədilir. 

Bunların hamısını vurğulamaqla demək istəyirəm ki, beynəlxalq təşkilatlar hər zaman bu cür elementləri araşdıraraq  Fransanı tənqid ediblər. Amma Fransa tənqiddən heç bir nəticə çıxarmır. Əksinə, daha da azğınlaşır və dünyada yeni münaqişə ocaqları yaratmağa çalışır, baş verən müharibələri dəstəkləyir, müharibəni qızışdırmaq üçün kütləvi yardımlar edir. Elə Ermənistana da maddi və mənəvi dəstək verməklə yeni bir münaqişə ocağı yaratmaq istəyir. Bu onun simasıdır. Fransa bu üsulla dünyada reytinqini get-gedə azaldır. O özünü "demokratiyanın beşiyi"  adlandırsa da, diktator dövlət kimi tarixə öz imzasını atıb”.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031