KÖHNƏ VERSİYA            

Baydenin saxta erməni genosidini budəfəki tanıması anti-Azərbaycan mahiyyətlidir...

Image

Akif Nağı: “Baydenin qondarma “soyqırım”la bağlı keçən il işlətdiyi ifadə ilə builkinin məqsədi fərqlidir”

ABŞ prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib. O bildirib ki, “soyqırımın” ildönümünün qeyd olunması onun “qurbanlarının” anılması və bu “faciənin” unudulmaması üçün səbəbdir.

Ümumiyyətlə, Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Bayden keçən il də müraciətində bu məsələyə toxunmuşdu, 2023-cü ildə də qondarma “soyqırımı” tanıdığını demişdi. Amma ötənilki tanınma ilə builki arasında fərqlər var. Birincisi, keçən il bu ifadəni işlətməsi Bayden üçün erməni diasporuna verdiyi sözü yerinə yetirmək gedişi idi. Erməni lobbisinə seçkidə söz vermişdi ki, qondarma “soyqırımı”  tanıyacaq. Qeyd edildiyi kimi, o, ABŞ tarixində ilk prezident olaraq qondarma “genosidi” tanıdı. 

Amma dediyimiz kimi, builki tanıma tamam fərqlidir. Bu artıq Ermənistanın təəssübünü çəkmək, ona təəssübkeşlik etmək və Azərbaycandan qisas almaq əlamətidir. Çünki aprelin 5 də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirildi, onlar Ermənistanı açıq-aşkar dəstəklədilər, Azərbaycana qarşı silahlandırırlar, bizim əleyhimizə qızışdırırlar. 

O üzdən növbəti tanınma Azərbaycandan qisas almaq məqsədli gedişdir. 

“ABŞ-ın antiazərbaycan mövqeyi də burda özünü göstərməmiş deyil” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində  “Co Bayden ilk ABŞ prezidenti oldu ki, ermənilərin çoxdan gözlədikləri “soyqırım” ifadəsini işlətdi, sifarişi yerinə yetirdi. Əlbəttə, onun işlətdiyi bu ifadənin onların aləmində çox siyasi mənası vardı, onlar üçün bu böyük əhəmiyyətə malikdir. Yüz il idi gözləyirdilər, nəhayət ki, Co Bayden keçən il onların gözlədiyi addımı atdı”. 

A.Nağı qeyd etdi ki, keçən əsrin 60-cı illərindən etibarən ermənilər bu qondarma soyqırım iddiaları ilə ortaya çıxdılar. “Bu özlərinin təşəbbüsü ilə olmadı. Yəni SSRİ deyilən Rusiya imperiyasının Türkiyə ilə münasibətləri sərt idi, qarşıdurma vardı, Amerika ilə Türkiyə müttəfiq idilər, Amerikanın Türkiyədə “İncirlik” hərbi bazası yerləşirdi. Orda da SSRİ-nin istənilən nöqtəsini vura biləcək ABŞ raketləri yerləşmişdi, ondan SSRİ rəhbəri Xruşşov çox narahat idi. O dövrdə Karib böhranı deyilən bir hadisə də baş verdi, SSRİ rəhbərliyi Kubaya raketlər quraşdırmağa cəhd göstərdi, az qalmışdı ki, üçüncü dünya müharibəsi başlaya. Amma sonra razılaşdılar, SSRİ raketləri geri çəkdi, ABŞ da Kubaya müdaxilədən imtina etdi. Çünki o dövrdə Kubanı təzə yaratmışdılar, ABŞ heç cür razılaşmırdı ki, ənənəvi olaraq onların təsiri altında olan Kubada SSRİ-yə bağlı bir hökumət yaransın, həmin hərəkatı boğmaq, həmin hökuməti ləğv etmək istəyirdilər, müdaxilə ehtimalı vardı. Sonra razılığa gəlindi. Yəni o dövrdən də ABŞ və Türkiyə münasibətləri ilə bağlı SSRİ rəhbərliyi çalışırdı ki, Türkiyəyə zərbələr vursun, onun daxilində müəyyən qüvvələr yetişdirsin. O dövrdə SSRİ-nin birbaşa təşkilatçılığı ilə PKK hərəkatı yarandı, eyni zamanda erməniləri də Türkiyəyə qarşı qaldırdılar. 1964-1965-ci illərdən bu əsassız iddianı ortaya atdılar. 1965-ci ildə qondarma “soyqırımın” 50 illiyini qeyd etdilər. Onların sifarişi ilə Ermənistanda və SSRİ-nin başqa yerlərində qondarma “soyqırım” tədbirləri keçirildi. O vaxtdan bu baş verməyən hadisədən alət kimi istifadə edirlər. SSRİ dağılandan sonra ABŞ da, digər Qərb dövlətləri də bundan öz maraqları üçün istifadə etməyə başladı. Keçən əsrin 90-cı illərindən başlayaraq erməni lobbisinin belə bir məqsədi vardı ki, bu “soyqırımı” ABŞ tanısın, o tanınmadan sonra Amerikanın dəstəyi ilə Türkiyəyə qarşı təzyiq kimi istifadə edilsin. Çünki o zamn Türkiyə ilə ABŞ,-ın münasibətləri korlanmışdı. Çünki Türkiyə  müstəqil siyasət yürüdürdü. Amerikada da ermənilərin mövqeyini dəstəkləyirdilər ki, Türkiyəyə qarşı  iqtisadi məhkəmələr prosesi başlatsın. Onların planına görə, bu tanınardısa, guya orda həyatını itirən ermənilərin yaxın, uzaq qohumları Türkiyəyə qarşı təzminat davası açacaqdılar və niyyətləri də Türkiyəni çökdürmək idi. Türkiyəni də narahat edən bu idi. Amma artıq ötən il Türkiyədə də proseslər baş verdi. Lozanna anlaşmasından 100 il keçdiyinə görə Türkiyə də müəyyən məsuliyyətdən xilas oldu. Kifayət qədər güclü olduğu üçün artıq kimsə Türkiyəyə qarşı məhkəmə davası açmaq fikrinə düşmədi. Ermənilər hər il səbrsizliklə gözləyirdilər. ABŞ prezidenti bu ifadəni işlətdi, amma onların xeyrinə nəticəsi olmadı. 

Baydenin qondarma “soyqırım”la bağlı keçən il işlətdiyi ifadə ilə builikinin məqsədi fəqrlidir. Bayden keçən il onu qısa formada demişdi, yalnız o ifadəni işlətməklə kifayətlənmişdi. ABŞ Türkiyə ilə münasibətləri axıra qədər korlamaq istəmirdi. İndiki şəraitdə yenə də Türkiyə ilə Amerika arasında münasibətlər qalır, hər ikisi proseslərdə maraqlıdır. Türkiyə NATO-nun üzvü kimi onların ən azından regionda müttəfiqidir. 

Keçən dəfə qısa danışdı və erməni lobbisinin sifarişini yerinə yetirdi. Bu dəfə isə çox geniş danışıb, erməni mediası onu yayıb. Bu dəfə “soyqırım” ifadəsini bir neçə dəfə işlədib, onun izahını verib, erməni xalqının “əzablarından” danışıb, “bu tarixin yaşadılmasının vacibliyini” qeyd edib. Bayden özü də başa düşür ki, onun bu açıqlamasının Türkiyəyə heç bir təsiri yoxdur, Türkiyə onu elə də ciddiyə almadı. ABŞ prezidenti bir növ Amerikadakı erməni lobbisi qarısında öz öhdəliyini yerinə yetirdi”-deyə A.Nağı bildirdi.

A.Nağının sözlərinə görə, bu il Ermənistanda bu məsələyə Paşinyan hökuməti tərəfindən bir qədər fərqli yanaşma oldu, xeyli şübhəli məqamlar qeyd olundu ki, orda 1 milyon yarım adamın öldürülməsi ilə bağlı məlumatlar şişirdilib. 

“Paşinyan özü də  o rəqəmə inanmır, hətta o siyahının adbaad hazırlanmasını təklif edib. Paşinyan da müraciətində “soyqırım” və “böyük qətliam” ifadəsini işlədib. Bilirsiz ki, ABŞ rəhbərliyi uzun müddət “soyqırım” yox, “böyük qətliam” ifadəsini işlədirdi. Hardasa Paşinyan bir qədər bu ənənəyə döndü, bu da erməni cəmiyyətində narazılıq yaratdı. Ola bilər, gələcəkdə Ermənistan rəhbərliyi bu iddiadan əl çəkəcək ki, bu mənasızdır. Çünki özlərini gülünc vəziyyətə qoyurlar”-deyə A.Nağı qeyd etdi.           

A.Nağı hesab edir ki, 5 aprel Brüssel prosesində ABŞ-ın dövlət katibi birbaşa iştirak edib, ABŞ-ın mövqeyini ortaya qoydu, Ermənistana dəstək verdi. “Onlar Ermənistanı bu prosesdə müdafiə edirlər, regiona gəlmək istəyirlər. Hesab edirəm ki, Baydenin bu ifadəni işlətməsi bir az da erməniləri ABŞ-a yaxınlaşdırmaq, Rusiyadan uzaqlaşdırmaq cəhdidir. Ona görə də bu məsələnin üzərində geniş dayandı. Burada Azərbaycandan qisas almaq amili də istisna deyil. ABŞ-ın antiazərbaycan mövqeyi də burda özünü göstərməmiş deyil. Amma məsələ burasındadır ki, bu açıqlamanın heç bir təsiri yoxdur.  ABŞ-ın Ermənistana böyük dəstək göstərməsi, hər cür yardım etməsi bunun ifadəsidir”-deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031