Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT
Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub. Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məmmədov işdən azad edilib.
Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni baş naziri Ceyhun Cəlilov təyin olunub.
Qeyd edək ki, 2023-cü ilin mart ayında Ceyhun Cəlilov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Yeni nazir əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
TAHİR