Rusiya Simonyanın çıxışlarına görə Ermənistandan hesab tələb edir...
Ermənistan parlamentinin sədri Alen Simonyanın anti-Rusiya bəyanatları Moskvada getdikcə qıcıq yaradır. Artıq məsələ Rusiya parlamenti səviyyəsinə çıxarılıb. Belə ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistan Milli Assambleyasının konfransında Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın bəyanatları ilə bağlı parlamentarilərin mövqeyinə aydınlıq gətirmək təklifi ilə Ermənistan Respublikası Milli Assambleyasına məktub göndərib. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri bu məsələ ilə bağlı mövqeyini Federasiya Şurasının 24 aprel 2024-cü il tarixli 566-cı iclası zamanı səsləndirib. Erməni həmkarlarına ünvanlanan mesajda Ermənistan parlamenti sədrinin çıxışının Rusiya ictimaiyyətinin mənfi reaksiyasına səbəb olduğu qeyd edilir.
“Biz vətəndaşlarımızdan A.R.Simonyanın açıq-aşkar anti-Rusiya bəyanatlarının Ermənistan Milli Assambleyasının rəsmi mövqeyini əks etdirib- əks etdirmədiyini aydınlaşdırmaq üçün çoxlu müraciətlər almışıq”.
Burda ən maraqlı cəhət odur ki, Moskva sanki özünü “görməməzlikdən” gəlir. Guya Rusiyada anlamırlarmı ki, A.Simonyan bu anti-Rusiya çıxışlarının təlimatını kimdən alır?,- əlbəttdə Nikol Paşinyandan. N.Paşinyanın icazəsi olmadan onun komanda üzvləri necə belə risqli bəyanatlarla dil-dil ötə bilərlər?. Görünür ya Moskvda N.Paşinyanla körpüləri tam “yandırmaq” istəmir, ya da...
Mətləb Salahov