İŞİD ilə əlaqədə olan 23 nəfər yaxalanıb - Türkiyənin DİN rəhbərindən AÇIQLAMA
İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. TASS agentliyinin ən son məlumatında deyilir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. “Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.
Mətləb Salahov