"Mənim ölümsüzüm" - qızı Alen Delonu yeni görkəmdə paylaşıb
Qızı Anuşka Delon əfsanəvi fransalı aktyor Alen Delonun fotosunu sosial media hesabında yayımlayıb. Axşam.az xəbər verir ki, o, paylaşımına atası ilə bağlı bu sözləri qeyd edib:
"Səhər atamın şəklini çəkdim. Onunla səhər yeməyi yemək mənə sonsuz minnətdarlıq hissi verir. Məncə, o, yaraşıqlıdır. O, əbədi mavi, polad, parlaq, döyüşkən baxışları ilə mənə ağlasığmaz güc verir. Mənim ölümsüzüm".
Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən A.Delon bir müddət əvvəl evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəldiyini açıqlayıb.
Mətləb