Vaşinqtonda erməni yalanlarına qarşı dinc aksiya keçirilib
Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilib. Aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan bayraqları ucaldılıb, “Ermənistan sülh istəyir, ANKA isə yox”, “Türk diplomatları və ailələri ASALA terror təşkilatı tərəfindən öldürülüb”, “Türklərin öz yuvasını qoruması soyqırımı deyil”, “Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib” kimi süarlar səsləndilib.
Dinc aksiyada iştirak edənlər qeyd ediblər ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.
Mətləb Salahov