Avropa Komissiyasından Ukraynaya 1,5 milyard avroluq yardım
Ukraynaya ayrılan milyardlarla dollar yardımlar durmadan artır. Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində daha bir tranş ayırıb. Bu barədə qurumun mətbuat xidməti rəsmi açıqlama yayıb.
“Ukrayna hamımızın çiynində ağır yük daşıyır. Bu gün öhdəmizə götürdüyümüz əlavə 1,5 milyard avro Ukraynanın işğalçıya qarşı mübarizə apararkən hökumət hakimiyyətini və əhali üçün əsas xidmətləri saxlamağa davam etməsini təmin edəcək”, - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib. O, əlavə edib ki, Aİ Ukrayna hakimiyyəti ilə yaxından işləyəcək və Aİ Şurası tərəfindən tezliklə razılaşdırılacaq Ukrayna planının həyata keçirilməsini təmin edəcək.
Mətləb Salahov