Argentina İnterpoldan İranın daxili işlər nazirinin həbsini istədi - 1994-cü il hadisələri …
Argentina İnterpoldan, 1994-cü ildə Buenos-Ayresdə yəhudi icma mərkəzinin partladılması və 85 nəfərin ölümü ilə bağlı İranın daxili işlər naziri Əhməd Vahidinin həbs olunmasını tələb edib. Argentina Xarici İşlər Nazirliyindən verilən açıqlamada Vahidinin hazırda Pakistan və Şri-Lankaya səfər edən Tehran nümayəndə heyətinin tərkibində olduğu və Argentinanın tələbi ilə onu İnterpolun “qırmızı bülleten”lə axtarışda verdiyi bildirilib.
Qeyd edilir ki, Argentina da həri iki hökumətdən Vahidinin həbsini istəyib. Argentinada məhkəməsi 1994-cü ildə Buenos-Ayresdəki AMIA yəhudi icma mərkəzinə hücumda və ondan iki il əvvəl İsrail səfirliyində 29 nəfərin ölümünə səbəb olan partlayışa görə İranı ittiham edib.
1994-cü ildəki hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib, lakin Argentina və İsrail uzun müddətdir ki, İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasının İranın istəyi ilə hücumu həyata keçirməsindən şübhələnirlər.
Prokurorlar hücumu sifariş verməkdə yüksək vəzifəli İran rəsmilərini ittiham edir, Tehran isə insidentdə hər hansı rolunu rədd edir.
Məhkəmə Hizbullahı da günahlandırıb və Argentina tarixində ən çox insan itkisinə səbəb olan hücumu "insanlığa qarşı cinayət" kimi qiymətləndirib.
Argentina daha əvvəl də, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş yüksək rütbəli üzvü Vahidini AMIA partlayışının əsas planlayıcılarından biri olduğunu bildirmiş və onun ekstradisiyasını istəmişdi.
Argentinalı hakimlər bu ay verdikləri qərarda hücumların Argentinanın o zamankı prezident Karlos Menemin (1989-1999) hakimiyyəti dövründə İrana qarşı xarici siyasət mövqeyi ilə üst-üstə düşdüyünü müəyyən ediblər.
Məhkəmənin açıqlamasında deyilir ki, hücumlar əsasən hökumətin 1991-ci ilin sonu və 1992-ci ilin ortaları arasında Argentinanın xarici siyasətində dəyişiklik edilməsi ilə əsaslandırılmış İranla imzalanmış nüvə avadanlığı və texnologiyasının tədarükünə dair üç müqaviləni ləğv etmək barədə birtərəfli qərarından qaynaqlanıb.
Hakimlər günahı İranın o zamankı prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, eləcə də digər İran rəsmiləri və “Hizbullah” üzvlərinin üzərinə qoyub.
TAHİR